Cümə axşamı, 26 Noyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Elman Rüstəmov: “20 manatın üzərində “Qarabağ Azərbaycandır” yazılacaq”

Sosial şəbəkələrdə 20 manatlıq əsginasın üzərindəki iki “20” rəqəminin birləşdirilərək 2020-ci ili ifadə etməsi və üzərində “Qarabağ” sözünün yazılmasının məhz bu il torpaqların işğaldan azad ediləcəyinə işarə vurduğu haqda məlumatlar yayılıb.

PİA.az-ın xəbərinə görə, Mərkəzi Bankın sədri Elman Rüstəmov AzTV-nin efirində çıxışı zamanı bu məsələyə münasibət bildirib.

E.Rüstəmov deyib ki, banknotların hərəsinin öz mövzusu var: “O statuslarla mən də tanışam, maraqlıdır, lakin burada heç bir mistik, konspiroloji şey yoxdur. 1 manatlıq bizim mədəniyyətimizi, 5 manatlıq yazı və ədəbiyyatımızı, 10 manatlıq tariximizi, 20 manatlıq Qarabağ, 50 manatlıq təhsil və gələcək, 100 manatlıq iqtisadiyyat və yüksəlişi, 200 manatlıq isə bütövlükdə modern Azərbaycan mövzusuna həsr olunub.

20 manatlıq əsginasın önündə təsvir olunan dəbilqə, qılınc, qalxan Azərbaycan xalqının namusu, qeyrəti, şərəfi simvollarıdır. Bizim döyüş əzmimiz göstərir ki, biz bu torpaqları hansı yolla olursa olsun, azad edəcəyik. O gün bu gündür. Əsginasın üzərindəki xarı bülbül isə bizim mədəni beşiyimiz olan Şuşanın simvoludur. Arxadakı xalça simvolu isə Qarabağ xalçasıdır. Bizim 20 manatlıq banknotumuz tam şəkildə Qarabağ mövzusuna həsr olunub. 20 manatlıq əsginasın üzərindəki “Qarabağ” sözü isə cənab Prezidentin dilindən düşməyən “Qarabağ Azərbaycandır” ifadəsi ilə iri şriftlərlə əvəz edəcəyik”

pia.az


Etiket: 20 manat

Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Kəlbəcərdə böyük müəmma: Qızıl yataqları kimin nəzarətindədir?

Ermənilər Zod qızıl yatağını verməmək üçün saxta sərhəd düzəltdilər

Ermənilərin yaşadığı bölgəni ruslar idarə edəcək

Rusiya Qarabağda öz idarəetmə sistemini yaradır - Bu qeyri-rəsmi ilhaqdır, yoxsa zərurət?..

Ermənilər Xankəndinə niyə qayıdır? - Maraqlı açıqlama

Ermənilər şokda: Özlərinin yandırdığı kənddə yaşayacaqlar - Fotolar

Erməni zabitlərdən şok etiraf: Kəlbəcər tələ idi...

Paşinyandan Rusiya sülhməramlılarıyla bağlı açıqlama

MN: Azərbaycan Ordusu Kəlbəcərə bir neçə istiqamətdə daxil olub - Video, Foto

“Liderinin ölümünə hamıdan çox o sevinmişdi…” – Əliyevdən Əli Kərimli haqda şok sözlər

“Rusiya ordunu gücləndirəcək, amma...” - Ermənistanın sabiq baş naziri 

loading...

Ən çox oxunanalar