Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elman Rüstəmov: "10 min dollardan çox olan kreditlərə güzəşt edilməyəcək"

10 min dollardan yuxarı götürülən problemli kreditlər üzrə güzəştlərin edilməsi nəzərdə tutulmayıb

Bu kreditləri sahibkarlar öz biznes planları üçün götürüblər və onlar risklərə görə cavabdehdirlər. ONA xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.

Mərkəzi Bankın sədri qeyd edib ki, əsas məqsəd əhalinin aztəminatlı təbəqəsinin problemli kreditlərinin həlli idi. Dollar krediti olan fiziki şəxslərə güzəştin edilməsinə dair qərarı böyük əhali qrupunu əhatə edir.

Elman Rüstəmov onu da qeyd edib ki, qonşu ölkələrdə məzənnə dinamikası dəfələrlə ucuzlaşan ölkələr var. Lakin, bu ölkələrdə hər hansı bir güzəştlərin olması heç müzakirə obyekti belə deyil.

Xatırladaq ki, bir müddət öncə 10 min dollardan yuxarı götürülən kreditlərlə də bağlı müəyyən güzəştlərin ola biləcəyi barədə ictimaiyyət arasında müzakirələr dolaşırdı. Hətta bununla bağlı hökumətə təkliflərin verildiyi də bildirilir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar