Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elman Nəsirov Ramiz Mehdiyevdən danışdı

“Sərt karantin rejiminin tətbiq olunduğu bir vaxtda akademik Ramiz Mehdiyevin nəvəsinə toy etməsi çox təəssüf və təəccüb doğurur”.

Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi altında koronavirus pandemiyasına qarşı olduqca ciddi tədbirlər həyata keçirilməkdədir: “Bu tədbirlərdə əsas məqsəd Azərbaycan vətəndaşının sağlamlığının qorunmasıdır. Eyni zamanda dövlətimiz tərəfindən vətəndaşların sosial rifahının yaxşılaşdırılması istiqamətində addımlar atılır, iqtisadiyyatın davamlılığı qorunur. Bu gün Azərbaycanda xalq birliyi var”.

Deputat deyib ki, bəzi şəxslər özlərini qanundan üstün tuturlar:

“Onlar özlərini imtiyazlı təbəqə kimi təqdim edirlər. Bu isə cəmiyyətdə haqlı narazılıqlara səbəb olur. Hər kəs bilməlidir ki, qanun qarşısında hamı bərabərdir. Heç kimin əlahiddə səlahiyyətləri yoxdur. Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, heç kim toxunulmaz deyil və müstəsna hüquqları yoxdur. Hesab edirəm ki, Ramiz Mehdiyevin nəvəsinin toy mərasimini onun kürəkəni İlhаm Əliyevin həyata keçirməsi və orada müəyyən məmurların iştirakı cəmiyyətimizdə haqlı olaraq mənfi qarşılanıb. Azərbaycan hüquqi dövlət olduğundan istənilən qanun pozuntusuna da hüquqi qaydada qiymət veriləcək”. (Report)

pia.az


Etiket: Elman Nəsirov

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Payızda istilik qiymətləri bahalaşacaq? - Rəsmi açıqlama

Ən çox oxunanalar