Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elizabet Teylorun Bakıya məxfi səfər planı

“Ulduz” “Torqovı”dakı mənzilinə niyə gələ bilməyib?...

1996-cı ildə dünya şöhrətli Hollivud aktrisası Elizabet Teylorun Bakıya səfəri hazırlanıbmış. Azərbaycanın siyasi dairələrində yaxşı tanınan amerikalı jurnalist Tomas Qolts ABŞ-da nəşr olunan “The Daily Beast” qəzetindəki məqaləsində məşhur Hollivud ulduzu Elizabet Teylorun Bakıya gətirilməsi ilə bağlı maraqlı detalları açıqlayıb.

Əhvalat 90-cı illərin ortalarında, rus-çeçen müharibəsinin qızğın dönəmində baş verib. Qolts yazır ki, 1996-cı ildə birinci rus-çeçen müharibəsinin atəşkəslə sona çatması xeyli maraqlı tərəflərin canlanmasına səbəb olub. Maraqlı qüvvələr bu pauzadan istifadə edərək situasiyaya nəzarəti ələ almaq istəyiblər.

“Bura Moskvapərəst qüvvələr, islam fundamentalistləri, loyal millətçilər, və nəhayət “ənənəçi çeçenlər” daxil idi. Teylor məhz bu ənənəçilərin diqqətini cəlb etmişdi”-deyə Qolts yazır.

Jurnalist qeyd edir ki, 1996-99-cu illər Çeçenistan ən təhlükəli yerlərdən biri sayılırdı. Müəmmalı dəstələr adamları girov götürür, sonra öldürürdülər. İnsanlar izsiz-soraqsız yoxa çıxırdılar. Bunlardan ən dəhşətlisi “British Telekom”un başı kəsilmiş dörd əməkdaşının qətli və “Qırmızı Xaç”ın əməkdaşlarının böyük əksəriyyətinin güllələnməsi yadda qalıb.

Məhz belə bir dəhşətli, qanlı hadisələrin fonunda Elizabet Teylorun adı bu gündəmə çıxarılır.

Bu hadisə isə belə baş verib. İstanbulda sığınacaq tapan “Çeçenistan Xarici İşlər Nazirliyi” müharibə zamanı öldürülmüş çeçenlərin uşaqlarına kömək məqsədi ilə xeyriyyə aksiyası keçirmək qərarına gəlir. Məqsəd çeçen müharibəsində ruslara qalib gəldikləri ilə bağlı psixoloji təzyiq faktorunu qabartamaq və bu zaman dünya şöhrətli ulduzun iştirakı ilə möhtəşəm tədbir keçirmək planı olub.

Bir xeyli məşhurlarla danışıqlardan sonra Elizabet Teylorun üzərində dayanırlar.

Əhvalatın maraqlı yeridə burdan başlayır. Elizabet Teyloru ABŞ-dan Çeçenistana gətirmək üçün plan hazırlanır. Plana əsasən, İstanbuldan Azərbaycanla əlaqə yaradılır. Hollivud ulduzu üçün Bakıda mənzil ayrılır. Bunun üçün İstanbuldan xüsusi qrup Bakıya gəlir. Şəhərin mərkəzində, “Torqovıy”da lazımi mənzil tapılır və hazırlanır. Plana görə, Elizabet Teylor Azərbaycana gətirilməli, buradan da gizli şəkildə Rusiya sərhəddini keçməklə Dağıstana, oradan da dağılmış Qroznıya aparılmalı idi. Burada təşkil olunmuş müharibə əleyhinə toplantıda Çeçenistanda ata-anasını itirmiş uşaqlara dəstək aksiyasına rəhbərlik etməli və dünya ictimaiyyətinə müraciət ünvanlamalı idi.

Onu sərhəddən keçirmək üçün saxta pasport hazırlanır və Hollivud ulduzu Səudiyyə Ərəbistanının maliyyə maqnatlarından Adnan Kaşoqinin həyat yoldaşlarından biri kimi göstərilir.

Plan tam hazır olur. Lakin son anda plan pozulur. Həkimlər Elizabet Teylorda beyin xərcəngi müəyyən edirlər və Hollivud ulduzu xəstəxanaya getməli olur.
“Teylor əməliyyatı” təxirə salınır. Düzdür, Teylor Çeçenistana gələ bilməsə də, bir il sonra İstanbulda Bosfor boğazında yerləşən bahalı ateldə çeçen uşaqları üçün təşkil edilmiş xeyriyyə aksiyasına dostu, məşhur müğənni Xulio İqlesissala qatılır.

“Mənim heç zaman Elizabet Teylorla tanışlığım olmayıb. Amma xatirəmdə bu real hadisə həmişəlik qalıb. İllər əvvəl planlaşdırılan bu cəsarətli plana onun razılıq verməsi və çeçen xalqına səadaqəti ilə bağlı idi”-deyə Tomas Qolts yazıb.

Elizabet Teylor Hollivudun “Qızıl dövrü”ndə kino kraliçası sayılır.

“Batterfild 8” (BUtterfield 8) və “Virciniya Vulfdan kim qorxur?” (Who’s Afraid of Virginia Woolf?) filmlərindəki rollarına görə “Oskar” mükafatına layiq görülüb. 1963-cü ildə çəkildiyi “Kleopatra” filmindəki Kleopatra rolu ilə daha çox tanınır. 2011-ci ildə, 79 yaşında vəfat edib.(Azpost.info)

pia.az

 


Etiket: Elizabet Teylor

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ən çox oxunanalar