Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əliməmməd Nuriyev: “Komissiyada texniki dəyişiklik qısa müddətdə olacaq...”

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin vəzifəsindən azad olunması və Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçilməsi Əfv Komissiyasının sədri postu ilə bağlı müəmmalar yaradıb...

Komissiyanın sədri vəzifəsini icra edən R.Mehdiyevin yüksək postu tərk etməsindən sonra hələ də Əfv Komissiyasına rəhbərlik edib-etmədiyi məlum deyil.

Komissiyanın üzvü, hüquqşünas Əliməmməd Nuriyev “Yeni Müsvata”a açıqlamasında bildirdi ki, komissiyanın üzvləri prezident tərəfindən təyin olunur və onun tərəfindən də azad edilir: “Prezident Administrasiyasının rəhbəri Əfv Komissiyasının sədri olur. Düşünürəm ki, tezliklə bütün komissiyalarda uyğun qaydada dəyişikliklər baş verəcək. Bu, sadəcə, texniki bir məsələdir. Əfv Komissiyasının sədri barədə də müəmma tezliklə aradan qalxacaq. Prezidentin sərəncamları ilə müvafiq dəyişikliklər baş verir və verməkdə davam edəcək. Bilirsiniz ki, Əfv Komissiyasının katibliyi işləyir. Əfv Məsələləri üzrə sektor da öz fəaliyyətini davam etdirir, daxil olan məlumatları emal etməklə məşğuldur, müvafiq arayışlar hazırlayır. Komissiyada texniki dəyişiklik çox qısa müddətdə olacaq. Bu bir qaydadır. Əfv Komissiyanın sədri postunu Prezident Administrasiyanın rəhbəri tutur. Komissiya yarandığı gündən bu günə qədər belə olub”.

Hüquqşünas komissiya sədri postunun boş olması barədə deyilənlərlə razılaşmır: “Bu postun boş qaldığını demək olmaz. Birincisi, Əfv Komissiyasının üzvlərinin təyin edilməsi barədə prezident sərəncamı var. Bu sərəncam qüvvəsini saxlayır. Bir daha deyirəm ki, bu, texniki məsələdir, tez zamanda məsələ öz həllini tapacaq. Başqa postun sahibi komissiya sədri ola bilərmi sualınıza gəlincə, deyə bilərəm ki, indiyə qədər Prezident Aparatının rəhbərinin komissiya sədri olması təcrübəsi var. Bizdə bunun nə üçün belə olmasının səbəbi mövcuddur. Bu, prezidentin hüququndan doğan bir məsələdir. Ölkə başçısının əfv etmək hüququ var. Bunun təşkilati, texniki həllini də prezident özü müəyyənləşdirir. Bu zaman təşkilati, texniki həllə bağlı müvafiq komissiya yaradılır. Bura da prezidentin hüququnun həyata keçirilməsinin texniki, təşkilati tərəflərini həyata keçirən aparatdır. Bu, prezident hakimiyyətinin hüququ təbiətindən doğan bir məsələdir. Xüsusilə qeyd etmək lazımdır ki, bu, müddətli bir hüquqdur. Azərbaycanda heç kəsin əfvetmə hüququ yoxdur. Əfv etmək yalnız və yalnız prezidentin konstitusion səlahiyyətinə aid bir hüquqdur. Komissiya bütün bu prosesləri hazırlayıb təqdim edir. Prezident bunu ya təsdiq edir, ya da etmir. Müddətli hüquq olduğu üçün aparat rəhbəri komissiya sədri olur”.

Ə.Nuriyev sədr olmadan komissiyanın iclaslarının çağırılmasının mümkün olub-olmamasına da toxundu: “Məsələnin bir qədər etik tərəfləri var. Şübhəsiz ki, müvafiq dəyişikliklər bu istiqamətdə də baş verəcək. Onsuz da komissiya öz işini həyata keçirməkdədir. Komissiya üzvlərinə gələn məktublar katibliyə yönləndirilir. Katiblik daimi işləyir. İclasların çağırılması daxil olan məlumatlarla əlaqədar müvafiq arayışların hazırlanması ilə bağlı məsələdir. Bunlar tam başa çatandan sonra heç şübhəsiz ki, komissiya rəhbərliyinə, yəni Prezident Aparatının rəhbərliyinə təqdim olunacaq. Bu vaxta qədər mənə elə gəlir ki, texniki dəyişikliklər baş verəcək. Bəzi şəxslər var ki, vəzifələrinə görə komissiyanın üzvü təyin olunublar. Məsələn, daxili işlər naziri, Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri yeni təyin olunduqları üçün komissiyanın tərkibinə daxil olundular. Həmin şəxslər vəzifələrinə görə komissiya üzvüdürlər”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Qadınların kişi seçəndə etdiyi səhvlər: İlk 3

Ən çox oxunanalar