Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əlilliyi olanlar üçün yeni “Reabilitasiya Konsepsiyası” hazırlanır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bu barədə məlumat verilib...

Azərbaycanda əlilliyi olan şəxslərlə bağlı reabilitasiya işinin mütərəqqi dünya təcrübələri əsasında yenidən qurulması məqsədilə yeni “Reabilitasiya Konsepsiyası” sənədinin layihəsi üzərində iş gedir”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov “Əlilliyi olan şəxslərin hüquqları” mövzusunda seminarda çıxışı zamanı deyib.

O bildirib ki, hazırda Almaniyanın Bədbəxt Hadisələrdən Sığorta Agentliyinə ilə bu istiqamətdə əməkdaşlıq həyata keçirilir.

Nazir müavini Azərbaycanın BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqda Konvensiyası”nı ratifikasiya edən ilk ölkələrdən olduğunu bildirib.

A. Kərimov Nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sistemində yeni yaradılan “Reabilitasiya” altsisteminin önəmini diqqətə çatdırıb.

O qeyd edib ki, əlilliyi olan şəxslərin reabilitasiya müəssisələrinə qəbulu Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən altsistemə daxil edilən göndərişlər əsasında aparılacaq: "Bu da əlilliyi olan şəxslərin reabilitasiya xidmətləri üçün daha rahat və asan şəkildə müraciət imkanlarına malik olmasına, bərpa müəssisələrinə qəbul üzrə növbəliliyin e-qaydada və şəffaf, obyektiv aparılmasına, bu sahəyə nəzarətin daha təkmil qurulmasına imkan verəcək".

“Əlilliyi olan şəxslərin hüquqları” mövzusunda seminar Finlandiyanın Azərbaycandakı səfirinin ofisi və Azərbaycan Əlillər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə keçirilib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Ən çox oxunanalar