Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əlilliklə bağlı bütün qruplar ləğv edilir - Məqsəd nədir?..

Əillik qruplarının ləğv edilməsi və bunun faizlə göstərilməsinin nə önəmi var?

Sosioloq: “Nazirlik yaxşı olar ki, əlillərin iş kvotası məsələsinə diqqət yetirsin. Faktiki olaraq hazırda nazirlik “necə edim ki, daha az adam daha az müavinət alsın”, prinspi ilə yeni eksperimentlər həyata keçirməklə məşğuldur. Bu isə dövlətin sosial prinsiplərinə ziddir və yolverilməz haldır”.

“Bəli, ölkə saxta əlillik dərəcəsi alanlarla dolub. Bunula birlikdə həqiqi əlillərin dərəcə ala bilməməsi və ya aşağı dərəcə verilməsi halları də həddən çoxdur”.

Bu sözləri sosioloq Elçin Bayramlı əlillik kateqoriyalarının ləğv edilməsinin nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin direktoru Cavid Əbdül-Qədirov bildirib ki, yeni meyarlarla əlilliyə görə qruplar ləğv ediləcək. Bundan sonra insan orqanizminin itirilməsi faizlərlə ifadə olunacaq. İndiki I qrup 81-100, II qrup 61-80 faiz, III qrup 31-60 faiz olacaq. Eyni zamanda, 10-30 faiz sadəcə istehsalat zədəsi, peşə xəstəliyi olduğu halda əlillik qiymətləndirilməsi aparılacaq. Burada bir çox aparıcı ölkələrin təcrübəsi öyrənilir.

Cavid Əbdül-Qədirov əlilliyin yeni meyarlarına dair sənədlərin artıq Milli Məclisə təqdim edildiyini də deyib.

Əillik qruplarının ləğv edilməsi və bunun faizlə göstərilməsinin nə önəmi var? Ümumiyyətlə hazırda müasir dünya sistemində indi təklif edilən qaydalar tətbiq olunurmu və bu sistemin tətbiqi saxta əlliliklərin qarşısının alınmasında kömək edə bilərmi?

Mövzunu PİA.az-ın əməkdaşı “Altay” Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin direktoru, sosioloq Elçin Bayramlı ilə müzakirə edib.

Elçin Bayramlı: “Sosial Müdafiə Nazirliyinin keçmiş və indiki məsul işçiləri həbs olunmalıdır”.

Bu məsələlərin obyektiv, şəffaf, dünya təcrübəsinə uyğun təsnifatlaşdırılmalı və müavinətın dünya ortalamasına uyğun olmalı olduğunu bildirən sosioloq PİA.az-a açıqlamasında qeyd edib ki, belə formal sistemlər qurmaq, faizlə, yoxsa qrupla bölmək, bu artıq işin mahiyyəti yox, formasıdır:

“Hansı sistemlə kateqoriyalaşdırma mənasızdır, daha doğrusu fərqi yoxdur. Əsas məsələ əlillərin əmək və sağlamlıq qabiliyyətinin obyektiv qiymətləndirilməsi və onlara verilən müavinətlərin normal yaşayış tələblərini ödəyəcək qədər olmasıdır. Bəli, ölkə saxta əlillik dərəcəsi alanlarla dolub. Buna baxmayaraq həqiqi əlillərin dərəcə ala bilməməsi və ya aşağı dərəcə verilməsi halları də həddən çoxdur.

Bütün bunların günahı sosial nazirlikdədir və belə hallara görə həmin nazirliyin keçmiş və indiki məsul işçiləri həbs olunmalıdır. Bu məsələlər obyektiv, şəffaf, dünya təcrübəsinə uyğun təsnifatlaşdırılmalı və müavinət dünya ortalamasına uyğun olmalıdır. Yoxsa, belə formal sistemlər qurmaq, faizlə yoxsa qrupla bölmək, bu artıq işin mahiyyəti yox, formasıdır.

Elçin Bayramlı: “Sovet dövründən sonra bəziləri ləğv edilib. Məsələn, idarə, müəssisə və təşkilatlarda əlillərin iş kvotası məsələsinə diqqət yetirilmir”.

Söhbət təkcə müavinətdən getmir, əlillərə xüsusi güzəştlər və hüquqlarının təminatı lazımdır. Hansı ki, Sovet dövründən sonra bəziləri ləğv edilib. Məsələn, idarə, müəssisə və təşkilatlarda əlillərin iş kvotası məsələsinə diqqət yetirilmir, ümumiyyətlə buna fikir vermir. Düzdür qanunda çox cüzi bir kvota nəzərdə tutulub. Amma bu yalnız kağız üzərindədir.

Nazirlik yaxşı olar ki, əlillərin iş kvotası məsələsinə diqqət yetirsin. Faktiki olaraq hazırda nazirlik “necə edim ki, daha az adam daha az müavinət alsın”, prinspi ilə yeni eksperimentlər həyata keçirməklə məşğuldur. Bu isə dövlətin sosial prinsiplərinə ziddir və yolverilməz haldır”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar