Çərşənbə axşamı, 22 Oktyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Əlillərlə SOCAR əməkdaşları arasında növbəti qarşıdurma – Yaralılar var - Rəsmi açıqlama

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mühafizə xidməti əməkdaşları ilə Qarabağ əlilləri arasında növbəti qarşıdurma baş verib...

PİA.az “Yeni Sabah” -a istinadən xəbər verir ki, Qarşıdurma zamanı Binəqədi-Biləcəri avtomagistral yolunda tıxac əmələ gəlib, nəqliyyat vasitələrinin hərəkətini dayanıb. SOCAR isə baş vermiş hadisə ilə bağlı növbəti açqlama yayıb. Məlumata görə, 28 sentyabr 2019-cu il tarixində baş vermiş hadisənin mətbuatda işıqlandırılması məqsədilə bu gün saat 11-12 radələrində bir neçə kütləvi informasiya kanalının nümayəndələri 35 saylı komandanın rəisi Rahib Qənbərov, komandanın rəis müavini Elçin Cavadov sözügedən ərazidə olublar:

“Həmin ərazidə münaqişə olma ehtimalını nəzərə alaraq müsahibənin Şirvan-Böyükşor neft kəmərinin 115 - ci km-də (Delfin hotel yaxınlığında) verilməsi nəticəyə gəlinib. Bu zaman özlərini Qarabağ müharibəsi əlili kimi təqdim edən 15-ə yaxın şəxs xidməti ərazidə növbədə olan SOCAR Təhlükəsizlik İdarəsinin əməkdaşlarını gizlicə pusaraq, qəfildən onlara hücum edib və soyuq silahlarla 3 əməkdaşımıza ciddi bədən xəsarətləri yetiriblər.

Digərxəbərlər

<a href=Əli Həsənov Baş Nazirin müavini vəzifəsindən azad edildi" data-full-width="750" data-full-height="450" data-src="/resizer.php?src=http://pia.az/photos/2019/10/1571661198.jpg&h=86&w=120&sc=1&q=100" data-sizes="auto" data-srcset="/resizer.php?src=http://pia.az/photos/2019/10/1571661198.jpg&h=86&w=120&sc=1&q=100 120w, /resizer.php?src=http://pia.az/photos/2019/10/1571661198.jpg&h=250&w=350&sc=1&q=100 350w" data-expand="700"/>

Əli Həsənov Baş Nazirin müavini vəzifəsindən azad edildi

<a href=Prezident Hacıbala Abutalıbovla görüşdü" data-full-width="750" data-full-height="450" data-src="/resizer.php?src=http://pia.az/photos/2019/10/1571661863.jpg&h=86&w=120&sc=1&q=100" data-sizes="auto" data-srcset="/resizer.php?src=http://pia.az/photos/2019/10/1571661863.jpg&h=86&w=120&sc=1&q=100 120w, /resizer.php?src=http://pia.az/photos/2019/10/1571661863.jpg&h=250&w=350&sc=1&q=100 350w" data-expand="700"/>

Prezident Hacıbala Abutalıbovla görüşdü

Münaqişənin nəticəsi olaraq komanda rəisi Qənbərov Rahib baş nahiyyəsindən zərbə alıb, qarovul rəisi Əliyev Elşad qarın boşluğundan bıçaqla, atıcı Soltanlı Anar qol nahiyyəsindən bıçaqla yaralanıb, atıcılar Hüseynov Nicat, Məmmədov Elçin, Əhmədov Orxan isə baş və bədən nahiyəsindən küt alətlərlə zərbələr alıblar.

Komanda rəisi və sözügedən atıcılar dərhal, ilkin tibbi yardım göstərilməsi məqsədilə Ə.D.Məlikov adına 6 saylı birləşmiş şəhər xəstəxanasına, qarovul rəisi E.Əliyev isə Avroasiya klinikasına yerləşdiriliblər. E.Əliyevin vəziyyəti hazırda orta ağır, digərləri isə ortadır. Hazırda müalicənin Mərkəzi Neftçilər xəstəxanasında davam etdirilməsi üçün işlər aparılır”.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


loading...

Ən çox oxunanalar