Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əlikram Hümbətov Mənsimovu niyə müdafiə etdi?

Mübariz Mənsimovun həbsi ətrafında müzakirələr səngimək bilmir...

Bir neçə gün əvvəl tanınmış iş adamı, "Palmali" Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov Türkiyədə həbs olunub. Məlumata görə, İstanbul Baş Prokurorluğu onu Fetullah Gülənlə bağlı aparılan istintaq çərçivəsində həbs edib.

Türkiyə mətbuatının yazdığına görə, M.Mənsimovun yaşadığı evlərdə də axtarış aparılıb.

Onu da qeyd edək ki, M.Mənsimov Azərbaycan vətəndaşı deyil, o, Türkiyə vətəndaşıdır və orada da həbs edilib.

Həmişə böyük qalmaqallarla yadda qalan iş adamı ilə bağlı yerli və xarici mətbuatda xeyli sayda təsdiqlənmiş məlumatları yayılıb. Rusiyanın tanınmış nəşrlərindən biri olan "Moskovskiy Komsomolets” tərəfindən dərc edilmiş məqalədə qeyd edilib ki, M.Mənsimovun əməlləri üzündən Rusiyanın dövlət büdcəsi on milyonlarla dollar vəsait itirib.

Bundan başqa, əldə edilən məlumata görə, M.Mənsimov ətrafında olan tanışlarına, yaxınların və iş ortaqlarına da "pul” atıb. Türkiyədə bununla bağlı da ayrıca istintaqın aparılacağı bildirilir. Bununla bağlı həmin şəxslərin İstanbul Baş Prokurorluğuna müraciət etdikləri qeyd edilir.

Belə ki, bir neçə gün əvvəl keçirilən məhkəmə zamanı iki nəfər Mənsimovun üzünə durub. Həmin şəxslər M.Mənsimovun sahib olduğu "Palmali” Şirkətlər Qrupundan etdiyi oğurluğa görə, işdən qovulan Alaatdin Aykaç və Fatih Berber iş adamının əleyhinə ifadə veriblər. Əslində isə həmin şəxslərin iş adamı ilə yaxın münasibərləti olduğu deyilir. Sonradan onlarla araları dəyən Mənsimov həmin şəxsləri şərləyərək işdən qovdurub.

Türkiyə mətbuatının yazdığına görə, iş adamı M.Mənsimov hüquqi yollara baş vurduqdan sonra şirkəti "Palmali”yə aid olan 4 gəmisini geri ala bilib. Belə ki, Maltada qeydiyyatda olan gəmilər, haqqında cinayət işi açılan Alaatdin Aykaç tərəfindən mənimsənilsə də məhkəmə bunu qanunsuzluq kimi dəyərləndirib və onların sahibinə qaytarılması barədə hökm çıxarıb.

"Hüriyyet” qəzeti "Mübariz Mənsimov eski CEO” un peşini bırakmıyor” manşetli yazısında verilən məlumata görə, "Palmali” şirkətindəki baş direktor vəzifəsindən qovulan Alaatdin Aykaç artıq dalana dirənib.

Qəzetin yazarı Dinçer Gökçenin araşdırmasına görə, iş adamının sahibi olduğu şirkətdə yüksək vəzifə tutan Alaatdin Aykaç və digər məsul şəxs Fatih Berber haqqında Türkiyə, Malta və Londonda 5 ayrı-ayrı iddialarla məhkəməyə müraciət olunub. Yeni başlanan proseslərdən birini Aykaç artıq uduzub. Söhbət yuxarıda qeyd olunan 4 gəmidən gedir.

Bundan əlavə, yazıda məhkəmə proseslərindən daha birinə yer verilib. İddiaya görə, Alaatdin Aykaç bütün bu məbləğləri vaxtı ilə çalışdığı şirkətdən, "Palmali”dən oğurlayıb gizli yaratdığı şirkətin hesabına köçürüb. Həmçinin Türkiyə Futbol Federasiyasında vəzifə daşıyan Alaatdin Aykaçın Serbiya vətəndaşlığına keçdiyinə görə vəzifəsinə son veriləcəyi qeyd olunub.

Vurğulanır ki, Alaatdin Aykaç və Fatih Berberin Mübariz Mənsimova vurduğu maddi ziyanlar məhkəmə yolları ilə geri ödəniləcək.

İş adamı daha əvvəl Azərbaycanın Cənub bölgəsində "PalSüd" süd emalı zavodu tikdirdi. Mənsimov əvvəl bu işdən xeyli sayda pul qazandı. Lakin sonra gəlir azaldı və o, zavodun fəaliyyətini dayandırdı. Bu yerdə sual ortaya çıxır. Niyə? Yaxşı pul qazana bilmədiyi üçün üçün zavodu bağlatdır? Bəs onu hər kəs xeyriyyəçi kimi tanıyırdı? Çünki o, gəlir gəlmədiyi üçün zavodun fəaliyyətinə son qoydu.

Məlumata görə, iş adamı M.Mənsimovun Azərbaycanın sabiq Milli Təhlükəsizlik Naziri Eldar Mahmudovla da yaxın əlaqələri olub. Onların iş ortaqlığı olduğu da deyilir. Hətta M.Mənsimov 23.05.2007-ci ildə Mahmudovun atası Əhməd Mahmudovun adına tanker də istismara verib.

M.Mənsimov həbs ediləndən sonra onu müdafiə edənlərdən biri də separatçı "Talış Muğan Respublikası”nın yaradan Əlikram Hümbətov idi. Hansı ki, ölkənin cənubunda separatçı qrup təşkil edən, Yerevan Universitetlərinin fəxri qonağı olan birisinin M.Mənsimovu müdafiə etməsini də təsadüfimi sayılır? Bəli, araşdırılsa iş adamının da Əlikram Hümbətovla yaxın olması məlum olacaq. (Ann.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Ən çox oxunanalar