Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əli Nağıyev DTX-nın kollektivinə təqdim edildi

Bu gün Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Əli Nağıyev DTX-nin kollektivinə təqdim olunub

Yeni rəisi kollektivə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev və Azərbaycan Respublikası Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi - şöbə müdiri Fuad Ələsgərov təqdim ediblər.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev göstərilən ali etimada görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Təqdimat tədbirində iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 iyun 2019-cu il tarixli sərəncamı ilə Müdafiə Sənayesi naziri təyin olunmuş Mədət Quliyev şəxsi heyətlə vidalaşıb və xidmətdə yeni-yeni müvəffəqiyyətlər arzulayıb.

Eyni zamanda bu gün Baş Prokuror Zakir Qaralovun, Respublika Baş Prokurorluğunun kollegiyasının üzvlərinin, eləcə də mərkəzi aparatının kollektivinin iştirakı ilə Əli Nağıyevin Dövlət Təhlükəsizliyi Xidmətinə rəis təyin edilməsi ilə bağlı Baş Prokurorluqda tədbir keçirilib.

Baş Prokuror çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 iyun 2019-cu il tarixli sərəncamına əsasən Əli Nağıyevin Dövlət Təhlükəsizliyi Xidmətinə rəis təyin edilməsi ilə bağlı dövlət başçısına minnətdarlığını bildirib. O və digər çıxış edənlər 2011-ci ildən Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsində çalışmış Əli Nağıyevin xidmətlərini yüksək qiymətləndirib və Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi kimi ona gələcək fəaliyyətində uğurlar diləyiblər.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar