Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əli Mirəliyev: " “Sevgili canan” oxumaqdansa, “Sevgili cana” oxuyurdu"

Azərbaycanca danışanda ağzına gələni çərənləyirdi, rusca danışmağa da mən qoymurdum. Artıq haqq dünyasına qovuşdu, Allah ona rəhmət eləsin!”

Bu sözləri müğənni Əli Mirəliyev mərhim Xalq artisti Səməd Səmədovdan danışarkən deyib.

Uzun illər mərhum sənətçi ilə dostluq edən Mirəliyev onunla bağlı xatirələrini bölüşüb:

“Səməd heç azərbaycanca danışa bilmirdi, mən onu azərbaycanca danışdırdım, oxutdurdum. Deyirdim, oxuya bilmirsən öyrən. Heyvan yerinə “hayvan” deyirsən. “Sevgili canan” oxumaqdansa, “Sevgili cana” oxuyurdu. Deyəndə deyirdi fərqi nədir? Deyirdim, dəlisən, çox fərqi var. Belə şeyləri var idi. Ondan soruşurdular ki, Azərbaycanın himnini kim yazıb? Deyirdi bilmirəm. Ay bədbəxt, sən Azərbaycan vətəndaşısan ən azından bunu bilməlisən axı. Belə şeyləri bilmirdi, o bilmədikləri də sonda ora gətirib çıxardı ki, populyar oldu, amma əsl oxuyan ola bilmədi. Heç vaxt da ola bilməyəcəkdi, çünki Azərbaycan musiqisinin kökünü, sözlərinin mənasını bilmirdi”.

İfaçı vaxtilə S.Səmədovu ana dilində danışmağa məcbur etdiyini deyib:

"Səmədlə bağlı toyların birindən gülməli xatirəm var: Bir dəfə məclisin birinə qonaq gəlmişdi, tanınmış cərrah idi. Səməd də həmin toyda “tamada” idi, dedilər ki, bu cərrah hörmətli qonaqdır, ona söz ver. Səməd də birdən qayıtdı ki, “Məclisimizdə gözəl həkimimiz, cəlladımız var, istəyirəm o da gəlib xeyir-dua versin…” Cərrah dedi “Bu saat onu öldürəcəyəm”. (gülür)

Biz 50 il Səmədlə bir-birimizin yanında olmuşuq, o qədər belə hadisələr olub ki… Danışırdı, amma mənasını bilmirdi. Mən də qoymurdum rusca danışsın, deyirdim bura Rusiya deyil. Mənim qorxumdan güc-bəla ilə ana dilində danışırdı, amma bacarmırdı, azərbaycanca danışanda ağzına gələni çərənləyirdi, rusca danışmağa da mən qoymurdum. Artıq haqq dünyasına qovuşdu, Allah ona rəhmət eləsin!”

Xatırladaq ki, Səməd Səmədov iyulun 24-də gecə saatlarında dünyasını dəyişib. (Yenisabah)

pia.az

 

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar