Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əli Kərimlinin qurbanları...

Elşad MƏMMƏDLİ yazır


Yaxud daha bir AXCP-nin təməli qoyulur...

Bir neçə gün öncə AXCP-lərdən birinin - Əli Kərimlinin rəhbərlik etdiyi qurumun sədr müavini Fuad Qəhrəmanlı həbs edildi. İlk sözüm budur ki, Allah qapısını açsın, azadlığına qovuşsun! Heç şübhəsiz, körpə övladları olan birinin həbsxanada olması ağrıdıcı məsələdir. 

Amma Fuad Qəhrəmanlının enində-sonunda bu taleyi yaşayacağı da gözlənilməz deyildi. Hələ bir müddət öncədən görünürdü ki, patronu Əli Kərimli onu növbəti qurbanlıq hazırlayır. Ümumiyyətlə, son illərdə Əli Kərimli çox “maraqlı” taktika seçib: Özü siyasətbazlıq edərək, xaricdən, oradan-buradan, “əliqabarlı dostlarından” pul-para qırpır, kefini sürür, partiya üzvləri, müavinlərini, müşavirlərini isə radikal açıqlamalar verməyə, söyüş-təhqir-böhtan kampaniyası aparmaqla “mübarizəyə” sövq edir. Başqa sözlə, məhz onun yanında olduqlarına görə işsiz-gücsüz, çarəsiz qalmış adamları bədbəxt etməklə, həbsxanalara yola salmaqla məşğuldur. 

Əli Kərimlinin “siyasəti”nin məğzi bundan ibarət olub; müxalifət düşərgəsini nüfuzdan salmaq, özünün fərdi maraqları naminə hər kəsi qurban vermək. Adam getdikcə cılızlaşdı, cılızlaşdı, nəhayət öz ətrafının “başını yeyir”. 

Diqqət edin, son 10 ildə ağıllı, başı az-çox işləyən adamlar Ə.Kərimlini tərk etdilər. Onun iyrənc siyasətinin qurbanı olmaq istəmədilər. Yalnız “zombiləşdirə” bildiyi bir dəstə gənc və iki-üç funksioner qaldı ətrafında. Onların da orada qalması təsadüfi deyildi, hərəsinin öz missiyası, AXCP sıralarında qalmaq və müəyyən təlimatları həyata keçirmək öhdəlikləri vardı. Missiyasını bu və ya digər səbəblərdən başa vuranlar, yaxud da vurması artıq lazım olmayan kəslər isə təbii ki, neytrallaşdırılmalı idi. 

Son bir neçə ildə Fuad Qəhrəmanlı Əli Kərimlinin ətrafında ən “xodgedən” fiqura çevrilmiş kimi görünürdü. Düzdür, o, bu müddət ərzində əsasən “Yeni Müsavat”ı söyməklə məşğul olurdu, amma fakt o idi ki, partiyanın faktiki “ikinci adamı” obrazını formalaşdırmağa çalışırdı.  Bəzən elə görünürdü ki, onu Əli Kərimli körükləyib üzə çıxarır. Bəlkə də bu amil var idi, ancaq cənab Qəhrəmanlı da uşaq deyildi, o da öz ampluasındaydı. Ola bilsin, F.Qəhrəmanlının missiyası da Ə.Kərimlinin ürəyincə idi, bu üzdən uzlaşırdılar. Ancaq ortada olan gerçəklik budur ki, istər zəlzələdən, istər vəlvələdən, Fuad Qəhrəmanlı Əli Kərimli siyasətinin növbəti qurbanı oldu. Həmçinin, təcrübəyə əsaslanıb söyləmək olar ki, Fuad Qəhrəmanlının həbsi ilə daha bir AXCP-nin təməli qoyulmuş oldu...

Əslində, insanlar siyasətə ona görə gəlmirlər ki, kimsə onlardan qurbanlıq kimi istifadə etsin. İctimai-siyasi həyatda iştirak onların arzusu və ya bacara biləcəyi iş olur. Lakin gəlib Əli Kərimliyə qoşulanda axırı belə olur; o səndən öz maraqları üçün maksimum istifadə edəcək,  kritik məqamda, özünə təhlükə yarananda səni tovlayıb, şantaj edib irəli verəcək, beləliklə ən qısa yolla türməyə göndərəcək. 

Əlbəttə, bu adamın ətrafında sonadək qalanlar da təxminən özü ağıl(sızlıq)da olanlardır.  Məgər görmürsünüzmü siyasi çevrədə ən iyrənc hərəkətlərin sahibi bu adamın ətrafından çıxıb? Məgər görmürsünüzmü normal adamlar AXCP-yə qoşulanda, Əli Kərimli onu qısa bir müddətdə ən iyrənc işlərə qoşur və bədbəxt edir? 

Elementar bir fakt: Nardaran hadisələrində Əli Kərimlinin əsas işi özünü qorumaq oldu. Əvəzində Fuad Qəhrəmanlı və digər zombiləşdirdiyi partiya uşaqlarını ən radikal açıqlamaları verməyə məcbur etdi. Nəticə göz önündədir: Fuad Qəhrəmanlı tutuldu, Əli Kərimli indi səsini çıxarmır, hakimiyyətə münasibətdə loyal açıqlamalar verməklə özünü sığortalayır. Bir vaxtlar Tale Bağırzadəni az qala “milli qəhrəman” elan edirdi. İndi biz yazanda ki, Tale Bağırzadə Əli Kərimlisinin Milli Şurasının üzvü olub, bizim ünvanımıza söymədiyi söyüşlər qalmır. Axı bu faktdır, danılmazdır ki, Tale Bağırzadəni Əli Kərimli özünün ən yaxın adamı kimi təqdim edirdi. İndi deyir yox, mənə lazım deyil elə dost. Fuad Qəhrəmanlıya münasibətdə də oxşar şeylər baş verəcəyi güman olunur. Ara sakitləşəndən sonra bir az da xaricdən qrant alıb xırıd edəcək ki, müavinim həbs olunub, vəssalam. “Əli Kərimli siyasəti” budur. 

Bu cür “adamxərcləmə” kampaniyalarında “mübarizə”, “millət fədaisi” kimi ifadələr isə indiki situasiyada çox gülməli görünür. Çünki siyasət insanları bədbəxt etmək peşəsi deyil, siyasət mövcud situasiyada mümkün olan işləri həyata keçirmək peşəsidir. Artıq 1988, 1988, hətta 2005-ci illərin pafoslu ifadələri keçmir...

Məncə, hökumət də düz eləmir. Fuad Qəhrəmanlını yox, Əli Kərimlini tutmaq lazım idi. Bununla qarşıda xeyli insanın bədbəxtlikdən canı qurtarmış olacaq, siyasi meydandakı iyrəncliklər əhəmiyyətli dərəcədə səngiyəcək. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Ermənilər daxili savaşa başladılar; yeni hakimiyyət davası - kriminal klanlar, ac və qəzəbli xalq...

“Barışmaz” Əli Kərimli iqtidara işləyir…

Ən çox oxunanalar