Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əli Kərimlidən qadağa: Mitinq təşkilatçılarının saxlanılması xəbəri gizlədilsin

Milli Şuranın yanvarın 19-na təyin etdiyi mitinqlə bağlı maraqlı məlumatlar daxil olub

Həmin məlumatlarda bildirilir ki, polis mitinq təşkilatçılarını saxlayıb. Amma AXCP sədri Əli Kərimli bu xəbərin yayılmamasına çalışır. AXCP sədri ehtiyat edir ki, məlumat yayılsa, mitinqə daha da az adam gələr.

AXCP-dəki mənbənin musavat.com-a verdiyi məlumata görə, təşkilatçılar saxlanıldıqdan sonra aksiyaya hazırlıq işləri yarımçıq qalıb.

"Demək olar, bütün işlərlə Əli Kərimli özü məşğul olmağa çalışır, amma heç cür öhdəsindən gələ bilmir" - deyə, mənbə bildirib.

Mənbə musavat.com-a onu da bildirib ki, AXCP üzvləri 19 yanvar mitinqinə gəlməmək üçün indidən müxtəlif bəhanələrlə yayınırlar. Onlar Ə.Kərimlinin telefon zənglərinə ya cavab vermirlər, ya da mobil telefon cihazlarını ümumiyyətlə, söndürüblər. Bəzilərinin sosial şəbəkədəki hesablarını müvəqqəti olaraq, dondurduqları deyilir.

Mənbənin dediyinə görə, mitinqlərin heç bir fayda vermədiyinin, nəyisə dəyişmədiyinin fərqində olan AXCP üzvləri, üstəlik, aksiyadan əvvəl və sonra təqib edilmələrindən beziblər.

Ona görə də onlar bəribaşdan mitinqlərə qatılmamaq üçün özlərinə "əsas" axtarırlar. Milli Şura daxilində ajiotaj yarandığı da gələn xəbərlər sırasındadır.

O da bildirilir ki, MŞ rəhbərliyi mitinqin alınmayacağının, növbəti dəfə biabır olacaqlarının fərqindədirlər. Ona görə də indidən təkliflər səslənir ki, aksiya təxirə salınsın. (musavat.com)
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Ən çox oxunanalar