Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əli Kərimlidən Azərbaycan iqtidarına açıq dəstək - Pənah Hüseyn də bunları yazdı...

İraqda ABŞ qüvvələri tərəfindən öldürülən İran generalı Qasım Süleymaninin qətli Azərbaycanda da ciddi müzakirə mövzusuna çevrilib

Bu müzakirələr əsasən sosial şəbəkələrdə aparılır. Bir qism Süleymaninin öldürülməsini təqdir edir, digər qism isə onu qəhrəman elan edir. Azərbaycanlılar arasında Süleymani müzakirəsi bəzən qarşılıq təhdid və təhqir səviyyəsinə qədər yüksəlir.

Mövzu ilə bağlı ölkənin tanınan siyasət və fikir adamları da mövqe bildirib. AXP sədri Pənah Hüseyn özünün facebook hesabında bu haqda yazıb. Musavat. com onun şərhini təqdim edir:

"İran generalı Qasim Süleymaninin oldürülməsi ətrafında Azərbaycan Respublikası vətəndaşları arasında gedən diskussiyalara dair:

Əlbəttə ki, ümumən rəsmi görəvdə olan bir xarici ölkə generalının başqa bir xarici ölkə qüvvələri tərəfindən öldurülməsinə görə bizdə yas tutmaq və aşırı kütləvi kədər nümayişi qeyri-təbii, qeyri-normal hal kimi baxılmaya bilməz. Eyni zamanda belə bir halın ( yəni, məsələn Q.Süleymaninin öldürülməsi halı və xüsusatlarının) dövlət terroru, beynəlxalq hüququn pozulması, bir supergücün "zorbalıq" nümayişi olduğunu da görməzlikdən gəlib təqdir etmək də mümkün deyildir və olmaz. (İranda hansı rejimin hakimiyyətdə olduğu və həmin rejimin siyasəti, xüsusən də Azərbaycan siyasəti məsələləri əlbəttə ki, nəzərə alınmalıdır, lakin unutmaq olmaz ki, İran bizim üçün sıradan bir xarici ölkə deyildir, İranda on milyonlarla soydaşımız yaşayır, İran bir müsəlman ölkəsidir və qonşumuzdur). Bu gün mühüm olan, hadisə nəticəsində Azərbaycan üçün törənə biləcək təhdidləri önləmək, yaxud yarana biləcək situasiyalardan təhlükəsizliyimiz,milli maraq və mənafelərimiz, və xüsusən Qarabağ məsələsi üçün istifadə etmək məsələləri üzərində düşünmək, hazırlıqlar və hərəkətlər etməkdən ibarətdir".

Qasım Süleymaninin öldürülməsinə AXCP sədri Əli Kərimli də münasibət bildirib. Ə.Kərimli facebook hesablnda Azərbaycan hakimiyyətini İran siysətinə görə birmənalı dəstəkləyib. Musavat. com onun sözügedən statusunu təqdim edir:
"General Qasım Süleymaninin öldürülməsi Azərbaycan cəmiyyətini üz-üzə qoymamalıdır. ABŞ dünyanın ən böyük gücüdür və dünyanın hər yerində öz vətəndaşlarını və maraqlarını müdafiə edə bilir. İran böyük regional gücdür. Atdığı addımların, verdiyi qərarların məsuliyyətini bilməmiş deyil. İnanıram ki, hər iki dövlətin rəhbərliyi böyük savaşdan yayınmağa çalışacaq. Onların öz maraqları da, bizim Azərbaycan olaraq marağımız da bunu tələb edir. Regionda böyük savaş heç kimə fayda verməz.

Hökumətə olan tənqidi münasibətim hamıya bəllidir. Bu barədə hər gün danışıb, yazıram. Ancaq hakimiyyətin regionda ola biləcək münaqişədən Azərbaycanı uzaq tutmaq xəttini doğru sayıram. Ola biləcək münaqişədən Azərbaycanı uzaq tutmaq iqtidarlı-müxalifətli, cəmiyyət olaraq indi hamımızın əsas vəzifəsidir.

Cəmiyyətimizdəki hazırkı dərin parçalanma bizim dövlət maraqlarımıza ziddir. Bu dərin parçalanma dövlətimizi həm daxili, həm də xarici təhlükələrə qarşı zəiflədir. Azərbaycan vətəndaşlarının müxtəlif dövlətlərə və onların siyasi xadimlərinə rəğbətlə yanaşması faciə deyil, başqa ölkələrin vətəndaşları da müxtəlif səbəblərdən hansısa xarici qüvvələrə simpatiya, hansınasa antipatiya ilə yanaşır. Ancaq biz yalnız Azərbaycan və azərbaycanlılar naminə kiməsə düşmən ola bilərik. Yalnız Azərbaycan və azərbaycanlılar üçün ölüb, öldürə bilərik. Bizim qəhrəmanlarımız da yalnız bu xalqın içindən çıxan qəhrəmanlar ola bilər. Heç bir din, məzhəb, etnik, siyasi partiya, ideoloji mənsubiyyət azərbaycançılığın fövqünə qalxa bilməz. Biz azərbaycanlılar bütün fərqliliklərimizə rəğmən bir millətin mənsubları olaraq bir- birimizə istənilən xarici qüvvədən daha yaxın olmalıyıq. Qarabağ savaşı təcrübəsi də sübut etdi ki, dini, məzhəb, etnik, siyasi fərqliliklərimizə rəğmən yalnız biz azərbaycanlılar (başqa heç kim) işğal olunmuş Vətən torpağı – Qarabağ üçün səngərlərdə çiyin-çiyinə dayandıq.

Son baş verən cəmiyyətimiz üçün bir test oldu. Cəmiyyyət olaraq zəif yerlərimizi bildik. İndi sosial şəbəkələrdəki qarşıdurmanı dayandırmaq, Azərbaycan, azərbaycançılıq, Azərbaycan bayrağı ətrafında daha sıx birləşmək lazımdır".(musavat.com)

pia.az


Etiket: Əli Kərimli


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar