Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əli Kərimli Əli İnsanova beyət edəcəkmi?

Siyasi şərhçi müxalifətin dəyirmi masası barədə...

Noyabrın 5-də Müsavat partiyası başqanının təşəbbüsü ilə partiyanın qərargahında siyasi partiya liderlərinin və siyasətçilərin iştirakı ilə dəyirmi masa keçirildi. Məlumdur ki, müxtəlif vaxtlarda belə formatları gündəmə gətirməklə müxalifətin birliyi görüntüsü yaratmaq cəhdlləri yeni qalmaqal, qarşılıqlı ittihamlar və nəticə etibarilə daha dərin parçalanma ilə nəticələnib. Bu dəfə isə başdan-ayağa korrupsiya və rüşvətxoşluq çamuruna bulaşmış keçmiş məhbus Əli İnsanovun "müxalifət birliyi"nə "pənah" gətirməsi cəmiyyətdə belə bir sual yaradır: Əli Kərimli Əli İnsanova beyət edəcəkmi?

Trend-in məlumatına görə, məsələni şərh edən Azərbaycan Mətbuat Şurasının sədr müavini, siyasi şərhçi Müşfiq Ələsgərli öncə sözügedən toplantıdakı "yer davasından" danışıb. Bildirib ki, əslində, kimsəni ağsaqqal seçə bilməmələrində bir haqq var:

"Çünki, bu masa ətrafında oturanların hər biri haqqında ən ağır, nalayiq ifadələri elə özləri səsləndiriblər. İndi kimə və hansı üzlə “beyət etsinlər”? Aralarında sözünü eşidəcəkləri, kritik anlarda ağsaqqal sayacaqları kimsə qalmayıb, özləri-özlərini hörmətsiz ediblər".

Onun sözlərinə görə, tədbir başlayan andan aralarında qeyri-səmimilik, perespektivsizlik özünü göstərdi:

"Arif Hacılı bu tədbirdə “Dəyirmi Masa iştirakçılarının əlifba sırasına uyğun olaraq çıxış edəcəklərini” bildirib. “Əlifba sırası” ifadəsi təsadüfən ortaya çıxmayıb. Deyirlər ki, tədbirdən öncə ən ciddi müzakirələrdən biri “kimin harada, hansı stolda” oturacağı üzərində olub. Kimsənin başda oturması yönündə kompromisə gələ bilməyiblər və yekunda dairəvi stol ətrafına toplaşmağa qərar veriblər. Bu təfəkkürlə nə əldə edəcəklər və ya cəmiyyətə nə fayda verəcəklər?".

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə açıqlama

Ən çox oxunanalar