Bazar, 08 Dekabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Əli İnsanovun bitib tükənməyin "var-dövlətinin" yeni siyahısı

Əli İnsanovun əmlaklarının yeni siyahısı yayıldı...

Sabiq səhiyyə naziri Əli İnsanovun nazir olduğu dövrdə ələ keçirdiyi əmlakların yeni siyahısı yayılıb.

PİA.az “Real TV”yə istinadən həmin siyahını təqdim edir:

1. Bakı şəhərində, Nəsimi rayonunda, Mirəli Qaşqay küçəsi-76 ünvanında yerləşən Axundov adına Milli Elmi Tədqiqat və Tibbi Profilaktika institutunun Tibbi parazitoligiya klinikasının 702, 2 kvadratmetr qeyri-yaşayış və 1008, 7 kvadrat metr torpaq sahələri.

2. Nəsimi rayonunda, Rəşid Behbudov küçəsi-80 ünvanındakı İnformatika və Statistika İdarəsinin Məlumat Mərkəzinin yerləşdiyi 821, 7kvadratmetr qeyri-yaşayış sahəsi

3. Binəqədi rayonu, MirCəlal küçəsində yerləşən 9 saylı şəhər poliklinikasının yardımçı binasının 91,4 kvadrat metr qeyri-yaşayış sahəsi.

4. Yenə həmin rayonun Mir Cəlal küçəsində yerləşən 21 saylı uşaq poliklinikasının yardımçı binasının 176,5 kvadrat metr qeyri-yaşayış və 680 kvadrat metr torpaq sahələri.

5. Nəsimi rayonu Azadlıq prospekti 114, adamın üstündə allah var, Əli insanov azadlıq sevər olub, bu prospektdə Respublika Xalq Təbabəti Mərkəzinin 894,4 kvadratmetr qeyri yaşayış sahəsi.

6. Nəsimi rayonu, Bakıxanov küçəsi-42 ünvanında yerləşən 5 saylı şəhər poliklinikasının 148,4 kvadrat metr qeyri yaşayış sahəsi

7. Əliyev adına Təsərrüfat hesablı poliklinikanın Nəsimi rayonu Bülbül prospeki 43 ünvanında yerləşən 69,2 kvadrat metr qeyri-yaşayış sahəsi. Nəsimi rayonu çoxdur. Hələ 98-2000 ci ildə adam hiss edirmiş ki, bizdə Nəsimi ili olacaq. Ona görə də dərisini soyurmuş...

8. Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospekti, 84 ünvanında yerləşən Bakı Şəhər 17 saylı uşaq poliklinikasının 37,4 kvadrat metr qeyri-yaşayış sahəsi.

9. Nəsimi ilinə İnsanovun daha bir töhfəsi. Deməli Nəsimi rayonu Məhərrəmov küçəsi, 37 ünvanında yerləşən 12 saylı uşaq poliklinikasının 196,5 kvadratmetr qeyri yaşayış sahəsi və 244,8 kvadrat metr torpaq sahəsi.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Əli İnsanov

Şərh yazın.

loading...

Ən çox oxunanalar