Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əli İnsanovun bağ evində kef məclisləri üçün "Red room"-u var imiş

Sabiq təhlükəsizlik zabitinin şok açıqlamaları...

Sabiq səhiyyə naziri Əli İnsanov uzunmüddətli həbsdən azad olunandan sonrakı müxalifətçilik fəaliyyəti birmənalı qarşılanmayıb. 2005-ci ildə həbsindən sonra çoxsaylı evlərində aparılan axtarışlar zamanı üzə çıxan var-dövlət də yenidən yada düşüb. Həftəsonu yayımlanan “Mir Şahinin vaxtı” verilişində Əli İnsanovun əmlakının siyahısı açıqlanıb. Onun evində aparılan axtarışlar və əldə olunan pul, qızıl, brilyant və digər qiymətli əşyaların götürülməsi səhnəsi əks olunan videolar da nümayiş etdirilib.
Xatırladaq ki, Əli İnsanovun həbsinin ilk dövrlərində bu səhnələrin əks olunduğu videolar əksər telekanallarda nümayiş etdirilmişdi. O günlərdə Əli İnsanov məhbəsdən vəkilləri vasitəsilə var-dövləti haqda yayılan məlumatların həqiqət olmadığını açıqlamışdı.

PİA.az xəbər verir ki, sabiq nazirin evində axtarış aparan qruplardan birinə rəhbərlik etmiş sabiq təhlükəsizlik zabiti adının çəkilməməsi şərti ilə “Yeni Müsavat”a son dərəcə ilginc məlumatlar açıqlayıb.

Deyib ki, nümayiş olunan videolar Əli İnsanovun bağ evlərində çəkilib: “Gecə 11-12 olardı, göstəriş verildi, Əli İnsanovun bağlarında axtarışa getdik. İlk ünvan Novxanıda, dövlət bağlarının yanındakı bağ evi oldu. Axtarış aparacaq qrupda müstəntiq və əməliyyatçılar vardı. Ayrıca bir qrupda isə xüsusi təyinatlılar bizi müşayiət edirdi. Xüsusi təyinatlıların vəzifəsi müqavimət göstərəcək şəxsləri neytrallaşdırmaq idi. Əli İnsanovun Novxanıda 2 bağı, oğlu Vidadinin isə 1 bağı vardı. Biz ora çatanda qapını açmadılar. Əlimizdə bağ evlərində axtarış aparmaq üçün məhkəmənin qərarı vardı. Lakin qapını açmadılar. Oğlu Vidadi İnsanov dəvət olundu. Onda olan açarları qapıya saldılar, lakin qapı açılmadı. Qapını iç tərəfdən bağlamışdılar. Novxanı bələdiyyəsindən və icra nümayəndəliyindən şəxslər dəvət olundu, hal şahidlərinin iştirakı ilə qapını kəsib içəri daxil olduq. Bağın ümumi ərazisi 25-30 sot olardı. Axtarış başladı. Oradan xeyli qızıl-brilyant, qiymətli əşyalar aktlaşdırılaraq götürüldü. Sonradan televiziyalarda nümayiş olunan kadrlar bizim iştirak etdiyimiz axtarış-götürməni əks etdirir. Oradan xeyli pul, qızıl-zinət əşyaları götürülüb”.

Axtarışda iştirak edən sabiq təhlükəsizlik zabiti deyir ki, Əli İnsanovun digər bağı 40 sot ərazidə yerləşib: “Həmin bağ əsasən meyvə ağaclarından ibarət idi. Orada Əli İnsanov axtarış aparılandan 6-7 il əvvəl olmuşdu. Dedilər ki, həmin bağı sırf meyvə ağacları əkmək və meyvəsindən istifadə etmək üçün alıblar. Yaxınlıqda oğlunun da bağı vardı. Axtarış aparılan 3-cü mülk Binəqədidəki qoşa ”zapravka"dan üzü “Vorovski” tərəfə gedən istiqamətdə yerləşirdi. O ərazidə ABŞ səfirliyinin əməkdaşlarının yaşadığı evlər də var. Oradakı mülkdən də brilyant, qızıl, gümüş, qiymətli əşyalar çıxdı. Gizlin saxlanılan var-dövlətlə yanaşı ortalıqda qızıl saatlar, digər qızıl bəzək əşyaları da vardı. Televiziyalarda göstərilən videolarda qızıl-zinət əşyalarının sayılması zamanı mənim əlim görünür. Yəni orada nə olubsa, müstəntiqin göstərişi ilə sayıb, aktlaşdırıb götürmüşdük. Ümumilikdə Əli İnsanovun 5 mülkündə aparılan axtarışda iştirak etmişəm. Bilgəhdə onun dənizə yaxın yerdə 2 bağı vardı. Həmin bağ evlərini bir-biri ilə yeraltı tunel birləşdirirdi. Tunelə daxil olanda avtomatik olaraq işıqlandırma işə düşürdü. Həmin bağ evlərindən birinin həyətində qutudan çıxarılmamış, təxminın 1 milyon avro qiymət qoyulan mebellər vardı.

Əli İnsanovun həmin bağ evlərindən dənizə tərəf olanında “red room” adlanan xüsusi otağı da müəyyən olundu. Həmin otaq tam qırmızı rəngdə idi. Oradakı mebellər, yataq otağı, duş, stol, stullar, otaqda hər nə vardısa, qırmızı rəngdə idi. Bu otağın təyinatı haqda danışmaq istəmirəm, dedilər ki, otaq xüsusi olaraq kef məclisləri üçün bu cür işlənib".

Həmsöhbətimiz deyib ki, sabiq nazirin axtarış aparılan bağlarında xüsusi dəbdəbə diqqət çəkib: “Bildiyimə görə, Əli İnsanovun mülklərində axtarış aparmaq üçün bir neçə qrup yaradılıb. Həmin qruplardan biri də Əli İnsanovun Xızıdakı bağlarında axtarış aparıb. Orada nə aşkar edilməsinin detallarından məlumatsızam”.

pia.az


Etiket: Əli İnsanov

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

107 minə görə həbs edilən ər-arvad bəraət aldılar

Keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər” - Yenilənib

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur - Jurnalistlərdən Elmira Axundovaya cavab

Vladimir Putinin andiçmə mərasimi başladı - Video

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməməsinin səbəbini açıqladı: “Dəvət edilmədim”

Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib qanını tökdü

Azərbaycanda məktəblilər arasında dava: Ölən var  

Bu çayların xərçəng yaratdığı - sübut edildi

Ən çox oxunanalar