Bazar ertəsi, 06 Aprel 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Əli Hüseynov: «Bizi qarşıda çox ciddi, gərgin və məsuliyyətli iş gözləyir”

Birinci vitse-spiker «referendum hazırlığı yoxdur»dedi

«Erkin Qədirliyə  tövsiyə edərdim ki…»

Milli Məclisin yeni  vitse-spikeri, Hüquq və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli modern.az-a müsahibə verib. Musavat. com müsahibəni təqdim edir.

- Əli müəllim, Sizi Milli Məclis Sədrinin birinci müavini seçilməyiniz münasibəti ilə təbrik edirik. Bununla bağlı olaraq, Milli Məclisin gələcək fəaliyyəti ilə bağlı ilkin baxışlarınızı bilmək istərdik.


- Əslində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Milli Məclisdəki çıxışı gələcək fəaliyyətimizin konturlarını tam müəyyən edib. Əminəm ki, hakimiyyətin digər qolları ilə səmərəli və qarşılıqlı əməkdaşlıq şəraitində qarşımızda duran vəzifələrin öhdəsindən gələ biləcəyik. Amma artıq bu gün aydındır ki, bizi qarşıda çox ciddi, gərgin və məsuliyyətli iş gözləyir. Biz bilməliyik ki, hal-hazırda çox peşəkar hökumət mövcuddur və geniş miqyaslı islahatlar məhz onlar tərəfindən həyata keçirirlər. Biz də əslində hökumətə bu islahat kursuna müxtəlif sahələr üzrə daha səmərəli və effektiv təkliflərin verilməsi ilə dəstək olmalıyıq. Çünki Parlament-hökumət münasibətləri hansısa qüsuru qabartmaq və ya tənqiddən ibarət deyil.

Hesab edirəm ki, Parlament nəzarətini həyata keçirmək üçün deputatların özləri də peşəkar olmalıdır. Deputatın həm Parlamentdə həm də Parlamentdən kənarda davranışı onun nüfuzuna təsir edən vacib elementdir. Bunun üçün İntizam Komissiyasının fəaliyyəti gücləndirilməlidir, özünün katibliyi olmalıdır, katibliyin fəaliyyəti tam təmin edilməlidir. Bildiyiniz kimi biz keçən çağırış zamanı Azərbaycan Respublikası Konstitusiyasının 89 və 94-cü maddələrinə uyğun olaraq, deputatların etik davranış qaydaları ilə bağlı beynəlxalq standartlara cavab verən qanun qəbul etmişik. Qanunun əsas məqsədi  deputatların fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması, Milli Məclisin nüfuzuna və yüksək deputat adına xələl gətirə biləcək davranışın qarşısının alınmasıdır. Əlbəttə bütün bu işlərin həyata keçirilməsi üçün Milli Məclisin aparatında da müvafiq islahatlar həyata keçirilməlidir.

- Əli müəllim, koronavirusla bağlı səhiyyə və hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçiriləcək. Siz komitə sədri kimi bu sahədə hansı qanunvericilik tədbirlərinin görülməsini zəruri hesab edirsiniz?

- Həqiqətən də, bir sıra ölkələr bu problemlə bağlı çox ciddi tədbirlər görüblər. Azərbaycanda da bir sıra qabaqlayıcı tədbirlər görülüb. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin yanında operativ qərargahın fəaliyyətini yüksək qiymətləndirirəm. Həmin qərargahın koronavirusun qarşısının alınması ilə bağlı müvafiq qərarları mövcuddur. Amma aydındır ki, bir sıra qərarların qəbulu qanunlara söykənməlidir. Bu baxımdan qərara gəlmişik ki, birgə komitələrin iclası keçirilsin.

  • Əli müəllim, Milli Məclisin ilk iclasında deputat Erkin Qədirli məhz hüquq siyasəti və dövlət quruculuğu komitəsində təmsil olunmaq niyyətini israrla bildirdi və ilk çıxışında da “Əmanətlərin tam sığortalanması” haqqında Azərbaycan Respublikası Qanununun layihəsinin cənab Prezident tərəfindən gəlməsini nəzərdə tutaraq, layihənin əsaslandırmasının da onun tərəfindən göndərilməsini bildirdi.
  • Hüquq siyasəti və dövlət quruculuğu komitəsi Milli Məclisin ən aparcı komitələrindən biridir. Əvvəlki illərdə Milli Məclisdə hüquqşünasların sayı kifayət qədər  olmayıb. Bu baxımdan biz siyasi mənsubiyyətindən asılı olmayaraq, hüquqşünasların Hüquq siyasəti və dövlət quruculuğu komitəsində təmsil olunmasında maraqlıyıq. Amma mən komitə sədri kimi hüquqşünas millət vəkillərinə, o cümlədən Erkin Qədirliyə də tövsiyə edərdim ki, Parlamentdəki fəaliyyətə başlamamışdan əvvəl normayaratma işimizin əsasını təşkil edən qanunlarla o cümlədən “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun müddəalarında daha diqqətli olsunlar.
  • “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 48-ci maddəsinə görə qanun layihəsi normayaratma orqanına təqdim edilərkən aktın qəbul edilməsi zərurəti əsaslandırılmalıdır. 48.3-cü maddə normativ hüquqi aktın qəbul olunması zərurətinin əsaslandırılmasına hansı məlumatların daxil edildiyi göstərilir. Amma Azərbaycan Respublikasının Prezidenti tərəfindən təqdim olunmuş layihələrlə bağlı istisna mövcuddur. Belə ki, 48.6-cı maddəyə əsasən Azərbaycan Respublikasının Milli Məclisinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təqdim edilən qanun layihəsinə yalnız müşayiət məktubu əlavə olunur. Bu baxımından Erkin Qədirlinin bu iradının heç bir əsası yoxdur. Onu da bildirmək istəyirəm ki, 46.6-cı maddəyə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilmiş qanun layihəsi bütün maraqlı dövlət orqanları ilə razılaşdırılmış hesab olunur.Bununla yanaşı qeyd etmək istəyirəm ki, baxmayaraq ki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda ümumiyyətlə normativ hüquqi aktların əsaslandırmanın yazılı olması ilə bağlı birbaşa tələb yoxdur, Milli Məclisin  işini daha effektiv və asan etmək məqsədi ilə qanun layihələrinə ehtiyac bilindikdə müqayisəli arayış və izahat da əlavə edilir. Həmçinin, Milli Məclisin komitə sədrlərinin və ümumiyyətlə məruzəçilərinin şifahi təqdimatı da  qanun layihəsinin əsaslandırılmasına xidmət edir və onun bir elementi kimi qəbul edilməlidir

- Ana Vətən partiyanın sədri Fəzail Ağamalı konstitusiya referendumunun keçirilməsi ilə bağlı kütləvi informasiya vasitələrində təkliflə çıxış edib və ümumiyyətlə, dövlət quruculuğu, seçki sisteminin dəyişdirilməsi ilə bağlı zaman zaman fikirlər səslənir.

  • Millət vəkili Fəzail Ağamalının bu təklifi partiya sədrinin fikri kimi qəbul olunmalıdır. Qeyd etməliyəm ki, zamanında konstitusiyaya bir sıra əlavə və dəyişikliklərin təşəbbüskarı məhz Hüquq siyasəti və dövlət quruculuğu komitəsi olub. Amma birmənalı bildirirəm ki, hazırda konstitusiyaya əlavə və dəyişikliklər və ya referendumun keçirilməsi ilə bağlı rəsmi hüquq icitmaiyyətinin heç bir təklifi mövcud deyildir. Xahiş edirəm bunu nəzərə alasınız.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Əli Hüseynov


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Cəlilabad xəstəxanasında tibbi vasitələrin yetməzliyindən tibb işçiləri koronavirusa yoluxub - Foto

"Əli Həsənov və Vüqar Səfərli məsuliyyətə cəlb edilməlidir” - Jurnalist

Sabiq deputat Hadı Rəcəblinin kölgədə qalan daha 5 şirkəti üzə çıxdı - Foto

Koronavirusu ilk dəfə aşkarlayan həkim olanları yazdı və yoxa çıxdı

Küçəyə çıxmaq üçün göndərilən SMS-ə belə cavab gəlir - Foto

Koronavirusla bağlı xoş xəbər: Yoluxmanı azaltmaq mümkün olacaq - Yenilik

Mütəxəssislər koronavirusun zəif nöqtəsini tapdı...

Vəliəhd şahzadə Putinin sözlərindən incidi, danışıqlar təxirə düşdü

"Relax" istirahət mərkəzində karantində olan iki tələbə bacının məktubu hər kəsi kövrəldib - Foto

Azərbaycanda koronavirusa yoluxan iki şəxs vəfat edib - Qərargah

Son zamanlar Qazaxda erməni təxribatının intensivləşməsi nəylə əlaqəlidir?

Çində koronavirusun ikinci dalğası başladı – Karantin

loading...

Ən çox oxunanalar