Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Əli Həsənovun oğlu, Ramiz Mehdiyevin tost deyən kürəkəni də təlimlərə getməlidir”

Bunu Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

O, qeyd edib ki, Əli Həsənov və övladları ölkədə deyil: “Onlar üçün Azərbaycan yox dərəcəsindədir. Hazırda xaricdə sərvətlərini yeməklə məşğuldurlar. Bu gün hər bir azərbaycanlı hərbi borcunu yerinə yetirir. Düşünürəm ki, bu məsələdə bərabərlik prinsipi gözlənilməlidir”.

Hafiz Hacıyev vurğulayıb ki, Əli Həsənovun oğlu da təlimlərə cəlb edilməlidir: “Təəssüf ki, bu gün o, ölkədə deyil. Dünyanın ən gözəl guşələrində istirahətdədir. Dövlətimizin qorunması bu gün vətən sevənlərin çiyinlərindədir. Onlar isə dövlətin milyardlarını oğurlayıb, yeyirlər. Ona görə də Əli Həsənovun oğlu, Ramiz Mehdiyevin tost deyən kürəkəni də təlimlərə getməlidir. Hər kəs lazım gələrsə, vətən uğrunda şəhid olmalıdır. Əli Həsənovların, Ramiz Mehdiyevlərin qohumları da təlimlərdə iştirak etməlidir. Niyə də getməsin. Təəssüf ki, bu gün onların hər biri başqa ölkələrdə kef içindədir. Zamanı gələndə xalq onlara öz yerini göstərəcək”.(konkret.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar