Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əli Həsənovun milyonluq şirkətləri, bahalı avtomobilləri... - Fotolar

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sabiq sədri Əli Həsənovun milyonluq biznesi üzə çıxıb...

PİA.az-ın xəbərinə görə, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

C.Həsənli xatırladıb ki, Əli Həsənov 1998-2018-ci illərdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, 2018-2019-cu illərdə baş nazirin müavini olub, hazırda YAP sədrinin müavinidir: “Hələ 2017-ci ildə Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin törətdiyi qəza nəticədə iki nəfərin ölümü və iki nəfərin yaralanması ciddi rezonans doğurmuşdu. Amma yüksək vəzifə sahibi olan babasının sayəsində iki il sonra azadlığa buraxıldı. Nail Allahverdiyevin bahalı avtomobillər kolleksiyası və yüksək sürət həvəskarı olduğu heç kimə sirr deyil. Nail Allahverdiyevin atası Elman Allahverdiyev də 2017-ci ildə Almaniyada milyonlarla avroya aldığı otellə bağlı Qərb mətbuatının "qəhrəmanına" çevrilmişdi. Mətbuatda onu Əli Həsənovun kürəkəni kimi təqdim edirlər, amma atasının adı qrafasında keçmiş "Qaçqınkom" sədrinin adı yazılıb... O, hələ Əli Həsənov qaçqın çörəyini yeyəndə, Almaniyanın Hamburq şəhərində ilk şirkətini - LOHIMEX GMBH-ni 2014-cü ildə qeydiyyatdan keçirib. Bu şirkət hazırda logistika sahəsində fəaliyyət göstərir. Elman Allahverdiyev 2015-ci ilin martında Almaniyanın Lüneburg ədliyyəsində GLORIOUS HOTELS & RESORTS GMBH şirkətini qeydiyyatdan keçirərək Bad Bevensen kiçik kurort şəhərində, Lerchenweg 1-də yerləşən və bir neçə miyon avro dəyərində olan Kieferneck otelini satın almışdı. 2016-cı il maliyyə ilini şirkət 300 min avro zərər vurduqdan sonra Elman Allahverdiyev oteli dəyər-dəyməzinə satıb”.

C.Həsənli qeyd edib ki, Azərbaycanda da Elman Allahverdiyevin və Əli Həsənovun qızı Roza Allahverdiyevanın çoxşaxəli biznesi var və bu şirkətlər vasitəsilə keçmiş "Qaçqınkom" sədrinin əziz xələfləri hələ də büdcəyə yol tapırlar: “Məsələn, Elman Allahverdiyevin 2004-cü ildə təsis etdiyi "GARDENİA" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (hüquqi ünvanı AZ1069, BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, YUSİF VƏZİR ÇƏMƏNZƏMİNLİ, ev 134) yaşıllaşdırma, suvarma sistemlərinin quraşdırılması və satışı sahəsində ixtisaslaşıb, Hollandiya, İtaliya, Almaniya, İsrail, Türkiyə, Rusiyadan müvafiq sistemlərin, gübrələrin, dekorativ ağac və güllərin idxalını həyata keçirir. Şirkət Əli Həsənovun nüfuzu sayəsində iri dövlət sifarişlərindən külli-miqdarda vəsait əldə edib. Hazırda paytaxtın Atatürk prospektində, Novxanıda və Sumqayıtda hektarlarla ərazidə yaşıllaşdırma sahələri və 3 satış mərkəzi var. Onun 2007-ci ilin aprelin 3-də təsis etdiyi "SEMARİ" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ də (hüquqi ünvanı YASAMAL RAYONU, MƏHƏMMƏD İBN HİNDUŞAH, ev 618 MƏH.10, m. 16) bitkiçilik və yaşıllaşdırma sahəsində fəaliyyət göstərir. Elman Allahverdiyevin təsiçiliyi ilə daha bir şirkət - "C.T.S. AUTOMOTİV" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 2006-cı ilin iyulunda qeydiyyatdan keçib, hüquqi ünvanı BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, MƏHƏMMƏD İBN HİNDUŞAH, ev 618 MƏH.10, m. 16.

Əli Həsənovun qızı ROZA ƏLİ qızı ALLAHVERDİYEVA "GARDENİA" MMC-nin maliyyə direktorudur. Əli Həsənovun qızı həmçinin 2016--cı ilin mayında qeydiyyatdan keçmiş "GOLDEN HOUSE" MƏNZİL TİKİNTİ KOOPERATİVİnin təsisçisidir. Şirkət tikinti sektorunda fəaliyyət göstərir və dövlət sifarişlərinin icrasında iştirak edir. Bunlar hələ bəlli olanlardır…”

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar