Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əli Həsənovu həbsxanaya aparan yol - Biznes imperiyasında nələr var

Həyat bumeranqdır və edilən bütün əməllər zaman axarında mütləq geri dönür.

Son günlərin ən çox müzakirə obyekti də bir zaman mətbuatı öz "sehirli çubuğu” ilə idarə edən və cəmiyyətdə hər cür qarışıqlıq yaradaraq insanları dövlətdən narazı salmağa çalışan Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovdur.

Əli Həsənov hələ Prezident Administrasiyasının ictimi-siyasi məsələlər şöbəsinin müdiri vəzifəsində çalışdığı zaman dövlətin siyasi dəsti-xəttinə zidd olan addımlar atıb. Bu barədə mətbuatda kifayət qədər məlumat gedib.

Siyasi əqidəsi dönük olan keçmiş şöbə müdirinin iqtisadi cinayətləri də yetərincədir. Hakimiyyətdə olduğu dövrdə vəzifə səlahiyyətlərindən istifadə edərək külli - miqdarda sərvət toplamağa nail olub.

Əli Həsənovun qazanc mənbələri bu illər ərzində müxtəlif xarakterli olub. Bütövlükdə mətbuatı öz inhisarına götürən keçmiş şöbə müdiri müxtəlif idarə və nazirliklərə, iri koorparasiyalara "mətbuatdan müdafiə edəcəyəm” adı altında haqq tələb edirdi. Özünün "xaç atası” olan Ramiz Mehdiyevə hesabatlarında bunu mətbuatın "maliyyələşdirilmə xərci” kimi əsaslandırırmış.

Əldə etdiyimiz digər məlumatlara görə, jurnalistlər üçün tikilən binaların inşasına patronajlıq edən "professor” tikilmiş hər üç binadan ümumi smetanın bəlli hissəsini "xidmət haqqı” kimi icraçı direktordan tələb edirmiş.

Binalardakı mənzillərin bəzi "jurnalistlər”ə satılmasını təşkil edərək, hər bir otaq üçün də vəsait alması haqda müəyyən fikirlər dolaşır. Bu məsələ ilə bağlı keçən ilin may ayında bir qrup media işçisi tərəfindən Əli Həsənov və onun havadarlarının qanunsuz əməllərinə qarşı ölkə prezidentinə müraciət ünvanlamışdı.

Bundan başqa o, ölkənin iri televiziyalarından da müxtəlif bəhanələrlə əsil reket kimi "qardaş payı” da umurmuş. AzTV-nin keçmiş sədrində hər dəfə bir "priçina” tapanda bu Arif Alışanova müəyyən maliyyə problemlər ilə başa gəlirmiş.

Əli Həsənovun sədaqət anlayışı və fətoçular

Əli Həsənovun işləkləri və dosta xəyanəti o qədər çoxdur ki, onu sadalamaqla qurtarmaq olmaz.

Bir zaman Azərbaycanda fəaliyyət göstərən Fətullah Gülənçilərlə də iş birliklərinə girən keçmiş şöbə müdiri əvvəlcə, "aylıq”, daha sonra isə biznes ortağı olmağa başladı. FETOçuların çərxi döndüyü anda Əli Həsənov əlində olan hakimiyyət səlahiyyətlərindən istifadə edərək "Çağ Ögretim" Təhsil müəssisələrinə məxsus mülk və resursları "Kaspi” Təhsil Mərkəzinə transfer etməyi bacardı. Həmin şəbəkəyə məxsus "Xəzər” televiziyasını isə tamamilə öz əlinə keçirdi.

Əli Həsənov hələ vəzifədə olarkən bir sıra saytlar onun Xəzər TV-nin Azərbaycanda qurucusu Hüseyn Dinləməzdən aylıq böyük məbləğlərdə maliyyə vəsaiti aldığı barədə təkzibolunmaz faktlar açıqlamışdı.

Maraqlı burasıdır ki, Fətulla Gülən kimi onun da Azərbaycanda ilk işi media və təhsildən başladı.

Bütün bu sektoru əlinə keçirməyə müvəffəq olan Həsənov uzun müddət FETÖ-nun Azərbaycandakı ən vacib tərəfdaşlarından biri olub və bu əməkdaşlıq 15 iyuldan sonra da davam edib. Bunun ən bariz nümunəsi Həsənovla FETÖ-nun Azərbaycandakı televiziya kanalı "Xəzər TV” arasındakı münasibətdir. Daha əvvəl "Samanyolu TV"-nin Azərbaycandakı Bakı ofisi olaraq çalışan "Xəzər TV” Bank Asiya krediti ilə yerli yayım kanalına çevrilib və 2013-cü ilin dekabr hadisələrindən sonra Həsənovla ortaq olub.

2013-cü ilin 7-25 dekabr tarixlərində Bakıya gələn FETO nümayəndəsi Faruk Taban Əli Həsənovla görüşüb və bu terror təşkilatının fəaliyyətinin kanalda davam etdirilməsi təmin edilib.

Faruk Tabanın Xəzər TV-nin binasında keçirilən görüşdə, o zaman Xəzər TV-nin rəhbəri olan Hüseyn Dinləməzə dəqiq mesajına bu gün bir çox şəxslər şahidlik edə bilər: "Kanal bizim yeni adama təhvil veriləcək”.

Əli Həsənov bizneslə məşğul olduğunu, ailəsinə məxsus geniş biznes imkanlarını hələ vəzifədə olduğu dövrlərdə də fəxarətlə dilə gətirib. Mətbuat səhifələrində bunu qürurla nümayiş etdirib. Öz müsahibəsində "mən fəxr edirəm ki, ailəmin bu qədər biznesi, əmlakı var” deyib.

O, vəzifədə olduğu dövrdə bizneslə məşğul olmaq istiqamətində müxtəlif şirkətlər qururdu və şirkətlərin idarə edilməsini həyata keçirirdi.

Məsələnin tərsə döndüyü bir vaxtda isə o, öz facebook səhifəsində elan edir ki, "bu şirkətlər mənə yaxın adamlara aiddir və mətbuat Əli Həsənov adını istifadə edərək məlumatı tirajlayır.”

Əli Həsənov həmişə yalan danışıb. Ölkə Prezidentinə də, özünün "xaç atası” olan Ramiz Mehdiyevə də, xalqa da.

Həmişə məkrli siyasətlə məşğul olan Əli Həsənov, 93-cü ildə hakimiyyəti itirən Xalq Cəbhəsindən olan dostlarına işlətdiyi məşhur bir fraza var: "Mənimçün nə fərqi var, siz hakimiyyətdə qalaydınız, sizinçün işləyərdim”. Əslində, tək bu cümlə onun bütün mənəvi dünyasını açmağa yetər.

Əli Həsənovun biznes imperiya

"Kaspi” təhsil kursları - Hamıya məlumdur ki, "Kaspi” Azərbaycanda ali məktəblərə hazırlıq sistemini inhisara almış kurslardır. Əli Həsənov bu kurslar vasitəsilə təhsil sistemindəki hazırlıq fəaliyyətini öz inhisarına götürmüş və bütün alternativlərini mədəniyyətsiz şəkildə sıxışdırmaqla məşğul olmuşdu.

Əli Həsənovun oğlunun film istehsalı ilə məşğul olan "prodakşınları” da Milli Tele- Radio Şurasına ayrılan vəsaitin parazitlərindən biri idi. Tele Radio Şurası isə bilavasitə Əli Həsənovun tabeliyində idi.

Bundan başqa keçmiş şöbə müdirinin reklam şirkətləri də mövcud idi. Əli Həsənov bu reklam şirkətləri vasitəsilə fərqli şirkətlərə, xüsusilə mobil operatorlara (Nar, Bakcell və s.) hansı nəşrə, hansı sayta nə qədər maddi vəsaitin göndərilməli olduğunu tapşırırdı.

Onun ailəsinə məxsus xeyli sayda restoran, hotel və klinikaları da vardı. Əli Həsənovun həyat yoldaşı Mətbuat Şurasında çalışan məmur idi. Hər ikisinin dövlət məmuru olmasına baxmayaraq onlar klinika və biznes mərkəzlərin sahibi idi.

Əli Həsənovun rəqabət prinsipləri

Ələ keçirdiyi "Xəzər” televiziyasına reklamların verilməsi də konkret göstərişlər əsasında həyata keçirilirdi. Müxtəlif televiziyanın reytinqlərinin öldürülməsi, bağlanması, oradakı reytinq gətirən verilişlərin öz televizyasına transfer olunması da keçmiş şöbə müdirinin ən yaxşı bacardığı işlərdən idi. Azərbaycanda bir neçə televiziyanın çökdürülməsində məhz Əli Həsənovun yalan məlumatları və ləyaqətsiz biznes rəqabəti rol oynayıb.

Əli Həsənovun "qara siyahısına” düşən yüzlərlə jurnalistə, dövlət məmurlarına gün-güzəran da yox idi.

O, kimi sevmirdisə, "öz adamı” edə bilmirdisə, o şəxsin karyerası həmişəlik olaraq məhv edilirdi.

O cümlədən siyasi partiyaların manipuliyasından, hətta "deputat seçdirməyə” qədər öz əlinə oynayırdı və bu məsələlərdən də konkret sərvət qazanırdı.

Əli Həsənov bu gün "mən dövlətə xidmət etmişəm” deyir. İndi bu ifadəyə qiymət versək, yəqin onun dövləti ailəsi və biznes imperiyasından ibarət olub, onun xidməti isə şəxsi mənafe, pul kisələrinin doldurulmasına əsaslanıb. Bu gün artıq onun əlaltılarının həbs edildiyi bir dönəmdə lazımdır ki, o da ədalət məhkəməsi qarşısına çıxarılsın.

Təbii ki, Əli Həsənovun Azərbaycana gətirilməsi an məsələsidir.

Ötən gün Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənоvun ailəsinə məxsus 6 şirkətin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ləğv edildiyi barədə məlumat yayıldı. Bu gün isə onun sağ əli olan ləğv olunmuş KİVDF-nin keçmiş icraçı direktoru Vüqar Səfərli törətdiyi cinayət əməllərinə görə həbs edildi.

Baş Prokurorluğun yaydığı məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna (KİVDF) dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsi zamanı aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar Hesablama Palatasından daxil olmuş materiallar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. İlkin araşdırmalar zamanı məlum olub ki, jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən dövlət layihələri zamanı Fondun icraçı direktoru 5 milyon manatdan çox pulu əlbir olduğu şirkətlər vasitəsi ilə leqallaşdıraraq mənimsəyib.

Bir qədər əvvəl Respublika Prokurorluğu KİVDF-nin tərətdiyi iqtisadi cinayətlərlə bağlı araşdırma işinə Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənоvun da cəlb olunduğu haqda məlumat yaymışdı.

Əli Həsənovdan bu ölkəyə nə qalıb?

Əli Həsənovdan bu ölkəyə qalan xarabazara çevrilmiş, sındırılmış mətbuat, ikiüzlü politoloqlar və çox təəssüf ki, ləyaqətsizlik prinsipləri, bir də onun özünün sevdiyi bir ifadəsi kimi, "Hər şey satılır və hər şey alınır” mənəviyyatsızlığı oldu. Bir də törətdiyi çoxlu cinayət əməlləri...

Əli Həsənov vaxtı ilə bir çoxlarına "torba tikərək”, yalan, iftira, uydurma "faktlar” ilə mübarizə aparırdı. Bu gün Azərbaycan dövləti onunla və əlaltılari ilə qanuna uyğun olaraq, hüquqi prinsiplərin aliliyi əsasında davranır və davranacaq. Zamanında tutdurmaq, həbs etdimək istədiyi, iftira ilə yalanladığı insanlar indi onun düşdüyü vəziyyəti sadəcə seyr edir və həyatın bumeranq olduğunu, edilən bütün əməllər zaman axarında mütləq geri döndüyünü düşünürlər.

Əli Həsənov bu ölkəyə bir ad deyil, sadəcə uğursuz bir insan, öz vəzifəsinin öhdəsindən gələ bilməyən, iftiraçı məmur obrazını yadigar qoydu. Ölkə rəhbərliyinin, jurnalistlərin, həmkarlarının və hətta sadə insanların yaddaşlarında, Əli Həsənov məhz o cür yadda qalacaq. (Bizim.Media)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Ən çox oxunanalar