Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əli Həsənov: "Vüqar Səfərlinin saxlanılması haqqında danışmaq istəmirəm"

"Mən Vüqar Səfərlinin saxlanılması haqqında danışmaq istəmirəm. Bu barədə açıqlama vermək niyyətim yoxdur".

PİA.az xəbər verir ki, bunu "AzPolitika.info"-ya Prezidentin keçmiş köməkçisi, prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sabiq rəhbəri Əli Həsənov bildirib.

Xatırladaq ki, bu gün ləğv olunmuş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) keçmiş sədri Vüqar Səfərli həbs edilib. Onun barəsəində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olan mühüm zərər vurulmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 308-2.4 (satınalma prosedurları keçirilmədən külli miqdarda ziyan vurmaqla dövlət vəsaitlərini xərcləmə) və 313 (vəzifə saxtakarlığı), Məmmədov Nadir Məhərrəm oğlu isə Cinayət Məcəlləsinin 179.4, 308.2 və 313-cü maddələri ilə cinayət işi başlanıb.

Ehtimal var ki, bu cinayət işi üzrə həbslər davam etdirləcək, KİVDF ilə əlaqələri olan keçmiş dövlət məmurları, o cümlədən Fondun fəaliyyətini kurasiya etmiş Əli Həsənov da məsuliyyətə cəlb edilə bilər.

Məlumatlara görə, jurnalistlər üçün binalar inşa edən "Protoks" MMS-nin 51 faizi onun yaxın qohumlarından birinə məxsusdur. Prokurorluğun yaydığı məlumata görə, bu şirkət vasitəsi ilə külli miqdarda dövlət vəsaiti mənimsənilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Qadınların kişi seçəndə etdiyi səhvlər: İlk 3

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Ən çox oxunanalar