Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əli Həsənov məşhur passajı satışa çıxardı: Yır-yığış edir?

Bakının məşhur məkanlarından olan “Kitab passajı” satışa çıxarılıb.

PİA.az xəbər verir ki, bu barədə Axar.az-a məlumat verən mənbənin bildirdiyinə görə, ümumilikdə Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənov tərəfindən 15-ə qədər kitab mağazası, “Azərkitab”ın inzibati binası və 10 hektara qədər ərazisi olan “Kitab bazası” simvolik qiymətə özəlləşdirilib və bütün bu obyektlər Ə.Həsənovun yaxınlarının adına keçirilib.

"Azərkitab"ın inzibatı binası Səbail rayonu, A.Əlizadə küçəsi -8-də yerləşir və sahəsi 800 kv/metrdir.

Həmçinin o da qeyd edilir ki, son aylara qədər “Kitab passajı”ndan aylıq haqları Əli Həsənovun həyat yoldaşı Sona Vəliyeva yığırmış.

Məlumat üçün bildirək ki, ucuz qiymətə özəlləşdirilən “Kitab passaji” 1898-ci ildə mesenat Orucov qardaşları tərəfindən açılmışdı və buranın tarixi əhəmiyyəti olduqca mühümdür.

Ə.Həsənovun əmlaklarını satışa çıxarmasının KİV DF sədri Vüqar Səfərlinin həbsi ilə eyni vaxta düşməsini bəziləri təsadüfü saymır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar