Cümə axşamı, 20 Fevral 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+10 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+17 ° Gəncə
+14 ° Lənkəran
+9 ° Naxçıvan
+16 ° Salyan
+16 ° Şəki

Əli Həsənov: “Milli iradəyə qalib gəlmək olmaz”

“2016-cı il 15 iyulda Türkiyədə baş verən hadisələri çox həyəcanla izlədik. O gün Azərbaycan yatmadı. Hadisələri seyr etməklə yanaşı, Türkiyə hökumətinə dəstəyimizi də göstərdik. “Tək millət, iki dövlət” formulu həmin günlərin sınağından şərəflə çıxdı. Sarsılmaz Türkiyə-Azərbaycan dostluğunu nümayiş etdirdik”

Bu sözləri prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Türkiyə səfirliyində 15 iyul hərbi çevriliş cəhdinin 2-ci ildönümü ilə bağlı keçirilən anım tədbirində çıxışında deyib.
 
Bir neçə gün əvvəl Gəncədə baş vermiş hadisələrə də toxunan Ə.Həsənov bildirib ki, Gəncədəki hadisə dövlətçiliyə əl qaldırmaq istəyən xainlər tərəfindən törədilib: “Dinc insanlar arasında olan iki polis zabiti qətlə yetirildi. O zabitlər ölkəmizin tarixinə adlarını qızıl hərflərlə həkk etdilər. Türkiyədəki hadisə ilə Gəncədəki bu hadisə oxşar bir tarixdir”.
 
Ə.Həsənov Türkiyədəki hadisələrin 20 yanvar hadisələri ilə oxşarlığına da diqqət çəkib: “Sadəcə, Türkiyədə bu hadisəni törədənlər Türkiyə ilə əlaqəli olanlar idi. Bakıda isə əhalini qanına qəltan edənlər erməni, erməni xislətli yad əsgərlər idi. Hər ikisi milli iradəyə qalib gəlmək istəyirdilər. Millətin üzərinə getmək olar, tanklar, hərbi təyyarələr qaldırmaq olar, amma milli iradəyə qalib gəlmək olmaz. Milli iradə ilə milli lider, milli iqtidar birlikdə olanda bu, mümkün deyil".
 
pia.az

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket:


loading...

Ən çox oxunanalar