Şənbə, 31 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Əli Əsədovun XİN-də “kadr islahatları” – 1 “daş”la 3 “quş”

Baş nazir Əli Əsədovun bu gün imzaladığı qərarla Xarici İşlər Nazirliyinin yeni kollegiya heyəti müəyyənləşib.

PİA.az-ın məlumatına görə, Xarici İşlər naziri Ceyhun Bayramovun başçılıq edəcəyi Kollegiyaya nazirin müavinləri, «ADA» Universitetinin rektoru, XİN-in Naxçıvan MR-dəki nümayəndəsi təyin olunub.



Qeyd edək ki, Baş nazirin bu gün imzaladığı 345 saylı Qərar əslində Nazirlər Kabinetinin 2004-cü il 3 sentyabr tarixli 122 nömrəli Qərarının yeni tərkibdə redaksiyası idi. Başqa sözlə desək, Əli Əsədov 16 il əvvəl Elmar Məmmədyarov yeni nazir təyin olunanda formalaşdırılan kollegiya heyətinə əl gəzdirib. Əl gəzdirmə nədən ibarət olub? Zənnimizcə, bu sualın ən doğru cavab tapmaq üçün NK-nin 122 saylı Qərarına nəzər salmaq kifayətdir.

122 saylı Qərara görə, XİN-in kollegiya heyəti bunlar idi:


Əzimov Araz Böyükağa oğluAzərbaycan Respublikası xarici işlər nazirinin müavini

Hüseynov Nadir Sabir oğluAzərbaycan Respublikası xarici işlər nazirinin müavini

Xələfov Xələf Alı oğluAzərbaycan Respublikası xarici işlər nazirinin müavini

Məmmədquliyev Mahmud Əhməd oğluAzərbaycan Respublikası xarici işlər nazirinin müavini

Paşayev Hafiz Mir-Cəlal oğluAzərbaycan Respublikası xarici işlər nazirinin müavini, «ADA» Universitetinin rektoru

Həsənov Ramiz Ayvaz oğluAzərbaycan Respublikası xarici işlər nazirinin müavini

Sarıcalinskaya Elmira Yaqub qızıAzərbaycan Respublikası Xarici İşlər Nazirliyinin kadrlar və ixtisasartırma idarəsinin rəisi

Hüseynov Hüseyn İsmayıl oğlu Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin hüquqi təminat idarəsinin rəisi

Ələkbərli Vüsal Ziyad oğlu Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı idarəsinin rəisi.



Siyahıda da göründüyü kimi, 2004-cü ildə formalaşdırılan kollegiya üzvlərinin sayı 9 nəfər idi. Onlardan 5-i nazir müavini, 1-i ADA rektoru, digəri isə XİN-in Naxçıvan nümayəndəsi idi. Bu hesabla, XİN-in Kollegiya heyətində ən azı 3 nəfər ixtisara düşəcək Bunlardan 2-si idarə rəisləri, biri isə bir müddət əvvəl işdən uzaqlaşdırılan Hüseynov Nadir Sabir oğludur. Hansı ki, adı korrupsiya qalmaqalında hallanmış və buna görə işdən uzaqlaşdırıldığı bildirilirdi.

Kollegiyadan uzaqlaşdırılan digər idarə rəisi Elmira Sarıcalinskaya isə ötən öz işini itirməli olmuşdu. İddialara görə, Sarıcalinskaya da adı korrupsiya qalmaqallarında adı ən çox hallandırılan diplomat kimi ün qazanmışdı. Bildirildiyinə görə, xanım diplomat 90-cı illərdən, Həsən Həsənovun Azərbaycanın xarici işlər olduğu vaxtdan bu vəzifəni tuturdu. Üst-üstə üç naziri-Həsən Həsənov, Tofiq Zülfüqarov və Vilayət Quliyevi «yola salmış» Elmira Sarıcalinskayanın XİN-də işə qəbulun, vəzifə təyinatlarının əsas təşkilatçılarından və icraçılarından biri kimi tanınırdı. Elmira xanım işdən uzaqlaşdırıldığı ərəfədə media qurumları onun barəsində yazırdı: «Hakimiyyətdə yüksək vəzifə tutan şəxslərlə qohumluq əlaqələri uzun müddət XİN-də rüşvət, qiymətli hədiyyələr və digər təminatlar müqabilində işə götürmə, vəzifələrə irəli çəkmə və yerdəyişmə kimi qanunsuz əməlləri cəzasız törətməsinə imkan verib. 79 yaşlı Sarıcalinskayanın həyat yoldaşı Tofiq Sarıcalinski baş nazirin köməkçisi vəzfəsindədir. Qudası Oqtay Şahbazov isə president administrasiyası işlər idarəsinin müdiridir. Onun oğlu, yəni Sarıcalinskayanın kürəkəni Pərviz Şahbazov əvvəllər Azərbaycanın Almaniyadakı səfiri olub. Hazırda isə Azərbaycanın energetika naziri vəzifəsini daşıyır. Digər kürəkəni Fərid Abdinbəyov bu yaxınlara qədər Azərbaycanın Rumıniyadakı səfiri idi».

İddialara görə, Kollegiyada yer alan bəzi nazir müavinlərinin də işdən uzaqlaşdırılması gözlənilir. Belə güman olunur ki, Baş nazir məhz bu səbəbdən onların adını açıq şəkildə yazmayıb. Eynilə XİN-in Naxçıvan nümayəndəsini də eyni tale gözləyə bilər. (Ovqat.com)

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Əsir götürülmüş azərbaycanlı hərbçilər yaxın məsafədən atəş açılaraq qətlə yetirilib

“Ordumuz Laçın və Şuşada düşməni mühasirəyə alıb” - Açıqlama

Ordumuzun məhv etdiyi 12 milyonluq erməni “Smerç”i – Azərbaycanda bu raketdən nə qədər var? 

Paşinyanın şok məktubu yayıldı: “Qarabağı verək, əvəzində...” - Foto

Putin Təhlükəsizlik Şurasının iclasını topladı

“Putin bir ay susdu, amma indi...” - Qarabağla bağlı plan nədir?

Azərbaycan Ordusunun məhv etdiyi P-18 nədir? - Detallar

ATƏT-in Minsk Qrupu Cenevrə danışıqları ilə bağlı məlumat yayıb

Rusiyalı hərbi ekspert: “Köçəryan sağalınca müharibə bitəcək – Azərbaycanın xeyrinə...”

Fransa faşistlərinin lideri ermənilər tərəfdə vuruşmaq üçün Qarabağa gəlir

loading...

Ən çox oxunanalar