Cümə, 18 Oktyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Əli Əsədovun baş nazir təyin olunması... - İslahatlara təsiri olacaqmı?

Əli Əsədovun baş nazir təyin olunmasının aparılan islahatlarla əlaqəsi varmı və bu təyinatın islahatlara hansısa təsirləri gözlənilirmi?..

Politoloq: “Əli Əsədov ölkə iqtisadiyatının anatomiyasını hüceyrlərinə qədər bilən adamdır”.

İqtisadçı: “Cənab Əsədov ilk növbədə iqtisadçıdır. Yəni ölkə və dünyada gedən proseslərə tanış adamdır. Aydın məsələdir ki, iqtisadi məsələlərə xələfindən daha çevik reaksiya verəcək”.

Xəbər verdiyimiz kimi dünən Milli Məclisin iclasında Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Əli Hidayət oğlu Əsədovun Baş nazir vəzifəsinə təyin edilməsinə razılıq verilməsi barədə məsələ müzakirəyə çıxarıldı və prezidentin parlamentə namizədliyini təqdim etdiyi Əli Hidayət oğlu Əsədov Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təsdiq edildi.

Əli Əsədovun baş nazir təyin olunmasının aparılan islahatlarla əlaqəsi varmı və bu təyinatın islahatlara hansısa təsirləri gözlənilirmi? İslahatların dərinləşməsini gözlənilirmi və bu fonda əsasən hansı dəyişikliklər gözləniləndir?

Əli Əsədovun baş nazirliyi ilə bağlı PİA.az-ın əməkdaşı Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlunun və iqtisadçı İlham Əzizovun fikirlərini öyrənib.

Mübariz Əhmədoğlu: “Bu gün bir-biri ilə intiriqa aparan Azərbaycanın iri məmur subyektləri Əli Əsədova yalan danışa bilməyəcək”.

Ölkəmizin iqtisadiyyatında yaranmış durğunluğun səbəbini təkcə xarici amillərdə görmədiyini bildirən politoloq PİA.az-a açıqlamasında əlavə edib ki, ölkəmizin daxilində bəzi iqtisadi proseslər çox neqativ istiqamətdə gedib. Buna görə də iqtisadiyyat boğulmaqdadır:

“Əli Əsədov çox aktiv, ölkə rəhbərliyinə sadiq bir şəxsdir. O, Heydər Əliyev kursunun sadiq davamçılarından biridir. Həm də Əli Əsədov ölkə iqtisadiyatının anatomiyasını hüceyrlərinə qədər bilən adamdır. Müstəqil Azərbaycanda elə bir müəssisə yoxdur ki, onun yaranma tarixini, sonrakı həyatında baş verən proseslərdən, mübahisələrdən Əli Əsədovun xəbəri olmasın.

Düşünürəm ki, Əli Əsədov Azərbaycanın iqtisadiyyatına dinamika verəcək. Konstitusiyamıza görə də baş nazir ən çox iqtisadiyyatla, sosial həyatla məşğul olan şəxs olmalıdır. Dağlıq Qarabağ məsələsi və danışıaqların aparılması, o cümlədən siyasi qərarların verilməsi baş nazirin səlahiyyətində deyil. Əli Əsədov parlanentdə Baş nazir kimi ilk çıxışında Dağlıq Qarabağ məsələsin də gündəmə gətirdi. Belə başa düşdüm ki, Əli Əsədov həm birbaşa, həm də ölkə iqtisadiyyatına aktiv dinamika verməklə əhalinin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaqla Qarabağ probleminin tənzimlənməsində iştirak edəcək.

Əslində hazırda həm daxili, həm də daha çox xarici amillərin təsiri altında Azərbaycanda iqtisadi durğunluq yaşanır. Azərbaycan iqtisadiyyatında çox ciddi tormozlanma prosesinin getdiyini dünən Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının hesabatı da göstərdi. Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının yanaşmasının eyni olması təsadüf ola bilməz. Onlar səbəb kimi dünyada gedən iri ticarət müharibələrini göstərirlər.

Mübariz Əhmədoğlu: “Hal-hazırda Azərbaycanda orta və kiçik sahibkarlıq demək olar ki, yoxdur”.

Amma mən ölkəmizin iqtisadiyyatında yaranmış durğunluğun səbəbini təkcə xarici amillərdə görmürəm. Çünki ölkəmizin daxilində bəzi iqtisadi proseslər çox neqativ istiqamətdə gedib. Buna görə də iqtisadiyyat boğulur. Hal-hazırda Azərbaycanda orta və kiçik sahibkarlıq demək olar ki, yoxdur. Həmçinin Azərbaycnda bir dənə də olsun kommersiya dükanı işləmir və yaxud da orta səviyyəli məişət məhsulu istehsal edən müəssisələrimiz yoxdur. Müəssisələrin hamısı qorxu içindədir. Onlar sərbəst fəaliyyət göstərə bilmirlər. Bu da birbaşa əhalinin sosial-iqtisadi vəziyyətinə təsir edir.

Azərbaycan iqtisadiyyatında durğunluğun yaşanmasında daha çox daxildə gedən proseslər əsas rol oynadı. Əli Əsədov o adamdır ki, Azərbaycan iqtisadiyyatına nəfəs verə biləcək. Bu gün bir-biri ilə intiriqa aparan Azərbaycanın iri subyektləri Əli Əsədova yalan danışa bilməyəcək. Buna görə Əli Əsədovun əlində çox ciddi riçarqlar var. Əli Əsədov istənilən müəssisənin etaplarında nələr yaşanıbsa, hamısın bilir. Bu bilgiləri ilə də Əli Əsədov Azərbaycan xalqının sosial-iqtisadi rifahının yaxşılaşmasına, orta və kiçik sahibkarlığın inkişafına, böyük iqtisadiyyatın irəliləməsinə kömk edə biləcək”.

İlham Əzizov: “Ölkənin iqtisadi siyasətini birbaşa prezident yürütdüyü üçün yeni baş nazirdən inqilabi addımlar gözləmək sadəlövhlükdür”.

Yeni baş nazirin gündəliyində həlli gecikmiş məsələlər durduğunu vurğulayan iqtisadçı ilk növbədə qeyri-neft sektorunda istehsalın artırılması və həmin malların xaricə eksportu həlli vacib məsələlərdəndir:

“Cənab Əsədov ilk növbədə iqtisadçıdır. Yəni ölkə və dünyada gedən proseslərə tanış adamdır. Aydın məsələdir ki, iqtisadi məsələlərə xələfindən daha çevik reaksiya verəcək. Lakin ölkənin iqtisadi siyasətini birbaşa prezident yürütdüyü üçün yeni baş nazirdən inqilabi addımlar gözləmək sadəlövhlükdür. Azərbaycanda iqtisadi siyasət təkamül üzərində qurulub. İslahatların dərinləşdirilməsi qaçınılmazdır və bu baxımdan indiki hakimiyyətin baş nazir seçimi özlüyündə normal addım sayılmalıdır.

İlham Əzizov: “İslahatların dərinləşdirilməsi qaçınılmazdır və bu baxımdan indiki hakimiyyətin baş nazir seçimi özlüyündə normal addım sayılmalıdır”.

Bütün bunlara baxmayaraq yeni baş nazirin də gündəliyində həlli gecikmiş məsələlər durur. İlk növbədə qeyri-neft sektorunda istehsalın artırılması və həmin malların xaricə eksportu həlli vacib məsələlərdəndir. Yeni baş nazir iqtisadi artımın tempinin yüksəlməsinə dair təkliflərlə ölkə başçısının qarşısına çıxmalıdır. Çünki iqtisadi artım tempi səviyyəsinə görə son illər MDB dövlətləri arasındakı mövqeyimiz geriləməkdədir.

Yeni baş nazir büdcə xərclərinin səmərələləşdirilməsi və nəzarətin artırılasına da öz töhvəsini verməlidir. Çox həssas məqamda yüksək etimadı doğrultmalıdır”.

Nərminə UMUDLU
pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.

loading...

Ən çox oxunanalar