Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əli Əsədova “yaşıl işıq” – Baş nazir kadr dəyişikliklərinə başlayır

Yaxın günlərdə Nazirlər Kabinetində kadr islahatları həyata keçiriləcək...

Baş nazir Əli Əsədovun həyata keçirəcəyi kadr islahatları Nazirlər Kabinetinin aparatı ilə məhdudlaşmayacaq. İslahatlar Nazirlər Kabinetinə daxil olan nazirlikləri və komitələri də əhatə edəcək.

Vəzifələrə əsasən yeniliyə meylli, rüşvətə və korrupsiyaya bulaşmamış gənc mütəxəssislərin gətiriləcəyi gözlənilir. İslahatlar həm Nazirlər Kabinetinin çevik fəaliyyətini təmin etmək, həm də rüşvət və korrupsiya hallarını minimuma endirmək məqsədi daşıyır.

Bəzi məmurların mənfi reputasiyalarına baxmayaraq, hələ də vəzifədə qalmaları əhali arasında qıcıq doğurur. Bu kateqoriyaya daxil olan çinovniklərin də artıq karyeraları ilə vidalaşmalarının vaxtı çatıb.

Nazirlər Kabinetində kadr islahatlarının olacağı Novruz Məmmədovun Baş nazir vəzifəsindən azad edilməsindən sonra gündəmə gəlmişdi. Ümumiyyətlə isə hakimiyyət ötən ildən islahatlara start verildiyini bəyan edib. Prezident İlham Əliyevin sədrliyi ilə oktyabrın 16-da keçirilən iqtisadi müşavirədən sonra islahatların daha da sürətlənəcəyi qənaəti yaranıb.

Elə həmin müşavirədə ölkə başçısı Əli Əsədovun təyinatına toxunaraq bildirib ki, məqsəd iqtisadi artım tempini sürətləndirmək və islahatları davam etdirməkdir. “Bir neçə gün bundan əvvəl mənim Sərəncamımla Əli Əsədov Baş Nazir vəzifəsinə təyin edilib. Əli Əsədov uzun illər mənim köməkçim kimi fəaliyyət göstərib və əminəm ki, Baş Nazir kimi o, mənim tərəfimdən qoyulan vəzifələri icra edəcək. Əsas vəzifə iqtisadi artımı daha da yüksək rəqəmlərə qaldıraq və islahatları davam etdirməkdir”, - deyə ölkə başçısı bildirib.

Eksperetlər Prezidentin bu fikirlərini Əli Əsədova kadr islahatlarına başlamaq üçün “yaşıl işıq” hesab edirlər.

pia.az


Etiket: Əli Əsədov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar