Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əli Əsədov MDB ölkələrinin baş nazirləri ilə müzakirələr aparacaq

Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin videokonfrans formatında MDB ölkələrinin hökumət başçıları ilə koronavirusun yayılmasına qarşı mübarizə üzrə birgə səyləri müzakirə edəcək... 

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası hökumətinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd edilir ki, videokonfransda Azərbaycanın Baş naziri Əli Əsədov da iştirak edəcək.

"Güman edilir ki, hökumət başçıları MDB çərçivəsində qarşılıqlı iqtisadi fəaliyyətin aktual məsələlərinə, həmçinin koronavirus infeksiyasının yayılması ilə mübarizə üzrə birgə səylərə diqqət ayıracaqlar", - Rusiya Nazirlər Kabinetinin xəbərində deyilir.

MDB hökumət başçılarının şura iclasının gündəliyinə 15 məsələ daxildir. Onların arasında MDB ölkələrinin ticarət-iqtisadi əməkdaşlığının əsas oriyentrlərini müəyyən edən 2030-cu ilə qədər iqtisadi inkişaf strategiyası layihəsi, həmçinin birləşmə çərçivəsində bir sıra başqa sənədlər var.

Videokonfransda kooperasiya və iqtisadi, nəqliyyat-logistika, energetika, mədəni-humanitar sferamövzular müzakirə ediləcək. İclasın nəticəsinə görə nəqliyyat, energetika, təhsil, mədəniyyət, gənclər siyasəti, bədən tərbiyəsi və idman sferalarında qarşılıqlı fəaliyyətin inkişafı haqqında birgə sənədlərin qəbulu nəzərdə tutulur.

Bu il MDB-yə Özbəkistan sədrlik edir, buna görə iclasıhəmin ölkənin Baş naziri Abdulla Aripovun sədrliyi ilə keçəcək. A.Aripovdan, M. Mişustindən, Azərbaycanın Baş naziri Əli Əsədovdan başqa iclasda həmçinin, Belarusunhökumət rəhbəri Sergey Rumas və digər ölkələrin baş nazirləri, hökumət başçılarının müavinləri iştirak edəcəklər.

pia.az 


Etiket: Əli Əsədov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar