Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əli Əkbər Vilayəti: “ABŞ-ın “Yüz ilin planı” heç vaxt gərçəkləşməyəcək”

İranın Ali Liderinin beynəlxalq məsələlər üzrə müavini Əli Əkbər Vilayəti ABŞ-ın “Yüz ilin planı”na münasibət bildirib...

APA-nın Tehran bürosunun məlumatına görə, Ə.Ə.Vilayəti bu gün keçirdiyi mətubat konfransında deyib ki, ABŞ-ın “Yüz ilin planı” heç vaxt gərçəkləşməyəcək.

O bildirib ki, bu gün islam dünyası çox önəmli bir məsələ ilə üz-üzədir: “ABŞ prezidenti İsraillə birlikdə islam ölkələri üçün problemli yuxu cızıblar və elə bir plan hazırlayıblar ki, bu plan həqiqətdə region ölkələrinin satılması və parçalanmasıdır, səlib yürüşlərində olduğu kimi”.

“Yüz ilin planı”nın heç vaxt gərçəkləşməyəcəyini deyən Ə.Vilayəti bildirib ki, necə ki, paytaxtı Tel Əvivdən Beytül-Müqəddəsə dəyişmək və Qolan təbələrinin işğalının rəsmiləşdirilməsi Tramp və Netanyahu üçün müsbət nəticə gətirmədi, eləcə də “Yüz ilin planı” uğursuz olacaq.

Ə.Vilayəti deyib ki, Fələstin Mübariz Qruplarının birliyi, müqavimət qruplarının zülmə qarşı mübarizəsi və haqlarını tələb etməsinin kəmiyyət və keyfiyyət baxımından inkişaf etməsi Qüdsün azad olunmasına kimi davam etdiriləcək.

ABŞ-ın bu planı dəstəkləməsi və buna görə planın uğur qazanmasına dair verilən sualın cavabında Ə.Vilayəti deyib ki, ABŞ artıq eniş dövrünü yaşayır və öz daxili problemlərindən qaçmaq üçün belə bir addıma əl atıb: “Onların bu addımının heç bir nəticəsi olmayacaq və müsəlmanlar öz istəklərinə çatacaqlar. İran İslam Respublikası bu məsələ ilə bağlı sakit oturmayacaq və bu yolda islam ölkələri ilə məsləhətləşmələr və əməkdaşlıqlarını davam etdirəcək. Bölgə xalqlarının əməkdaşlığı ilə ABŞ bu addımında uğursuz olacaq”.

Bəzi ərəb ölkələrinin planın təqdimat mərasimində iştirakının bu planın icrasına heç bir təsir göstərməyəcəyini deyən Ə.Vilayəti bildirib ki, baş verənlər həqiqətdə ABŞ-ın bölgədə və dünyada davamlı uğursuzluqlarını ört-basdır etmək üçün bir növ KİV təbliğatıdır: “Onlar İraqda məğlub oldular və bölgəni tərk etməlidirlər, öz əsas bazalarını itiriblər. Digər tərəfdən ABŞ Suriyadan da çıxmalıdır. Suriyanın güclü və müqavimətli dövləti Fəratın şərqinə gedəcək”.

Qeyd edək ki, bu gün Ali Lider Ayətullah Əli Xameneinin Əsərləri Mühafizə və Yayınlama Ofisindən “Twitter”də sərt reaksiya verilib. ABŞ Prezidenti Donald Trampın “Yüz ilin planı”na ABŞ-ın Orta Şərq sülh planını “şeytani və pis” adlandırılıb: “Fələstin müharibəsi unudulmayacaq, xalq və bütün müsəlman ölkələri qətiyyətlə bu plana qarşı çıxaraq “yüzillik müqavilə”nin həyata keçməsinə izn verməyəcək”.

pia.az


Etiket: İran


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Ən çox oxunanalar