Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əli Əhmədovun qanı ilə bağlı nazirlikdən açıqlama

Səhiyyə Nazirliyi Azərbaycanın Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini – icra katibi Əli Əhmədovun donor olmasının mümkünsüzlüyü ilə bağlı yayılan iddialara münasibət bildirib...

Nazirlikdən verilən məlumatda qeyd olunub ki, sentyabrın 6-da Yeni Azərbaycan Partiyasının mənzil qərargahında YAP icra katibliyi də daxil olmaqla, BakıAbşeron üzrə rayon təşkilatının nümayəndələri qanvermə aksiyasında iştirak edib: "Həmin aksiyada B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının təcrübəli tibb işçiləri tərəfindən könüllü donor olmaq istəyən şəxslərdən qan götürülüb. O cümlədən YAP sədrinin müavini-icra katibi Əli Əhmədov həmin aksiya zamanı qan verərək donorluq edib".

Bildirilib ki, digər donorlar kimi, Əli Əhmədov da həkim müayinəsindən keçib, donor olmaq üçün heç bir əks-göstəriş aşkarlanmayıb: "O dəfələrlə qan verdiyi üçün, qanverməyə tam yararlı olması müəyyən edilib və qan götürülüb. Qanvermə prosesi tam normal keçib".

Məlumatda vurğulanıb ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 10.07.2006-cı il tarixli 112 nömrəli əmrinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 6 mart tarixli 61 nömrəli qərarı ilə təsdiq edilmiş 4 №-li əlavənin (Donorun tibbi müayinədən keçməsi, qanın, qan komponentlərinin götürülməsi qaydası) 1.11. bəndinə əsasən (1.11. Donorun yaş həddi 18-65 arasında olmalıdır. 65 yaşdan sonra ilkin donorluğa cəlbolunma qərarı cavabdeh həkimin rəyi əsasında verilə bilər.) 65 yaşdan yuxarı donorlar həkim rəyinə əsasən həm təkrar qanvermədə, həm də ilkin qanvermədə iştirak edərək donor ola bilərlər.

Xatırladaq ki, bir neçə gün öncə YAP rəhbərliyi qanvermə aksiyası keçirib. Aksiyada YAP icra katibi, baş nazirin müüavini Əli Əhmədov da iştirak edib. Bu, bir sıra mütəxəssislər tərəfindən tənqidlə qarşılanıb. Onun qan donoru olmaq üçün yaşının uyğun olmadığını bildiriblər. Məsələ ilə bağlı tanınmış hüquqşünas Osman Kazımov Səhiyyə Naziri Oqtay Şirəliyevə müraciət edib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar