Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əli Əhmədov: "Radikal müxalifət uğursuzluğunu sərsəm bəyanatlarla ört-basdır etməyə çalışır"

"Azərbaycanda radikal müxalifət parlament seçkiləri ilə əlaqədar irəliyə sürülmüş təşəbbüsə özünün adətinə uyğun şəkildə, qarayaxma taktikası əsasında münasibət bildirməyə çalışır"

 

 

Bunu Trend-ə Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov deyib.

Ə.Əhmədov bildirib ki, radikal müxalifət bəzi hallarda çox gülməli və bəsit təfəkkürü ifadə edən arqumentlər gətirir. İddia edir ki, Azərbaycanda növbəti parlament seçkilərinin keçirilməsi təşəbbüsünün əsas səbəbi seçkilərin soyuq ayda baş tutması ilə əlaqədardır: "Guya, müxalifət soyuq aylarda seçkilərdən kənarda qalacaq. Bu fikri belə təfəkkürün daşıyıcısı olan Əli Kərimli səsləndirib. Bu insanın dünyagörüşü haqqında istər-istəməz düşünməli olursan və təəccüb edirsən ki, bu cür bəsit təfəkkürə malik olan bir insan özünü müxalifət lideri kimi təqdim etməyə çalışır.

Əslində, seçkilərlə bağlı özlərinə uyğun şəkildə ifadə etdikləri absurd fikirlərin kökündə duran real səbəb isə onların seçkilərə hazır olmamaları və sosial dayaqlarını tamamilə itirmələri ilə əlaqədardır. Seçkidə iştirak etməyin ən başlıca səbəbi siyasi partiyanın yetərincə sosial dayağa və ictimai nüfuza malik olması ilə əlaqədardır. Bu parametrlərə malik olmayan partiyaların seçkilərdə iştirak edərək hər hansı uğur qazanması qeyri-mümkündür".

Ə.Əhmədov bildirib ki, radikal partiyalar Azərbaycan cəmiyyətində sosial dayaqlarını tamamilə itirdikləri üçün Azərbaycan vətəndaşlarının onların irəli sürəcəyi namizədlərə inamları yoxdur və beləliklə də seçkilərdə iştirak etmək radikal müxalifətə hər hansı bir uğur gətirmir:

"Belə olan halda onların taktikası ona əsaslanır ki, seçkilərdə özlərinin mütləq uğursuzluqlarını ört-basdır etmək üçün müxtəlif bəhanələrlə seçkilərdə iştirak etməkdən imtiana etsinlər. Burada söhbət sadəcə olaraq həmin partiyaların seçkilərdə iştirak etmək üçün lazım olan insani, ictimai dəstək resurslarının çatışmaması ilə əlaqədardır. Bu resursları olmadığından onlar seçkilərdə iştirak edə bilmirlər, ancaq bunu müxtəlif bəhanələrlə əsaslandırmağa çalışırlar və beləliklə, yenə də adətlərinə uyğun olaraq Azərbaycan iqtidarının üzərinə qarayaxma kampaniyası ilə gəlməyə cəhdlər göstərirlər".

pia.az


Etiket: Əli Əhmədov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar