Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əli Əhmədov: “Azərbaycan və Çin arasında əlaqələr yüksək səviyyədədir"

Bu gün Yeni Azərbaycan Partiyasında (YAP) Baş Nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Sun Taonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib

Görüş zamanı Ə. Əhmədov nümayəndə heyətinin Azərbaycana səfərini ikitərəfli əlaqələrin inkişaf etdirilməsi baxımından yüksək qiymətləndirib.

O bildirib ki, iki ölkə arasında strateji əlaqələr mövcuddur: “Azərbaycan və Çin arasında əlaqələr yüksək səviyyədədir. Bu əlaqələr müxtəlif sahələri əhatə edir. İnanıram ki, bu əlaqələr daha da inkişaf edəcək”.

Ə. Əhmədov deyib ki, Azərbaycanla Çinin qarşılıqlı fəaliyyətinin mühüm aspektlərindən birini bu ölkələrin hakim partiyaları arasında formalaşan dialoq təşkil edir.

S. Tao qeyd edib ki, Çinlə Azərbaycan arasında yüksək səviyyəli əməkdaşlıq münasibətləri mövcuddur: “Azərbaycanın əldə etdiyi uğurlara görə sevinirik, sosial iqtisadi inkişafı yüksək dəyərləndiririk. Çin və Azərbaycan arasında dostluq, qarşılıqlı hörmətə söykənən münasibətlərin daha da inkişaf edəcəyinə əminəm”.

Görüşdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin deputatları Sevinc Fətəliyeva, Aydın Hüseynov və Hikmət Babaoğlu da iştirak edib. (APA)

pia.az


Etiket: Əli Əhmədov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar