Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əli Əhmədov: "Azərbaycan hökuməti gənclərin bu günü və gələcəyi uğrunda böyük işlər görür"

Biz gənclərimizə böyük inamla yanaşırıq, Azərbaycan hökuməti gənclərin bu günü və gələcəyi uğrunda böyük işlər görməkdədir 

PİA.az Trend-ə istinadən bildirir ki, bunu Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədov Masallı Olimpiya İdman Kompleksində gənclərlə görüşdə deyib.

Ə.Əhmədov vurğulayıb ki, Azərbaycan Prezidenti apardığı siyasətdə həmişə gənclərə önəm verir: "Bu təsadüfi deyil, gələcəyimiz gənclərlə bağlıdır. İstər dövlətimizin, istər cəmiyyətimizin, istər də partiyamızın gələcəyi gənclərlə bağlıdır. Ona görə də bu gün biz gənclərlə ciddi şəkildə işləyirik, müxtəlif tədbirlər keçiririk, onları daha da fəallaşdırırıq ki, Azərbaycanın gələcəyi etibarlı əllərdə olsun.

Məmmunluq hissi ilə qeyd etmək istəyirəm ki, Yeni Azərbaycan Partiyasının bir hissəsi gənclər birliyində birləşiblər və bununla da onlar Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyirlər, bu siyasətin həyata keçirilməsində yaxından iştirak edirlər".

Ə.Əhmədov qeyd edib ki, Azərbaycan gəncləri yaxşı təhsil almalıdır: "Biz istəyirik ki, Azərbaycan gəncləri yaxşı təhsil alsınlar, gözəl biliklərə yiyələnsinlər, Vətənimizin inkişafı naminə ləyaqətlə xidmət etsinlər. Eyni zamanda, istəyirik ki, gənclərimiz sağlam böyüsünlər, idmanla, bədən tərbiyəsi ilə məşğul olsunlar. Ona görə bu idman kompleksi gənclərin idmanla məşğul olmalarına hər cür şərait yaradır. Bizim bu layihənin məqsədi ondan ibarətdir ki, gənclərimiz öz istəklərinə uyğun olaraq ayrı-ayrı idman növləri ilə, bədən tərbiyəsi ilə məşğul olsunlar. Biz idman federasiyaları ilə birgə gənclərimizə bu imkanları təmin edəcəyik".

pia.az


Etiket: Əli Əhmədov

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar