Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ələtdə narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan dəstə yaxalandı

Dəstə üzvlərinin digər cinayətlərdə iştirak etdikləri də istisna olunmur

Qaradağ Rayon Polis İdarəsi (RPİ) Cinayət Axtarış Şöbəsi və 11-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat tədbiri nəticəsində Ələt qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən  verilən məlumata görə, nəticədə qəsəbə sakinləri, əvvəllər məhkum olunmuşlar Yaşar Musayev, Afət Səmədov, İlqar İmanov, həmçinin Zaur Əhmədov və Şahin Rüstəmli tutularaq istintaqa təqdim ediliblər. Onların hər birinin üzərindən şəxsi istehlak miqdarından artıq çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülüb.

Narkotik maddələrin mənbəyinin müəyyən edilməsi məqsədi ilə araşdırmalar davam etdirilir. Adları çəkilən hər bir şəxs barəsində Qaradağ RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanılıb. Onlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, bu şəxslərin digər cinayətlərdə iştirak etdikləri də istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə DİN-in “102” Zəng Mərkəzinə və Qaradağ RPİ-yə müraciət edə bilərlər.(Virtualaz.org)

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar