Cümə, 21 Fevral 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+10 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+17 ° Gəncə
+14 ° Lənkəran
+9 ° Naxçıvan
+16 ° Salyan
+16 ° Şəki

Ələt qəsəbəsində hesabat yığıncağı keçirilib

Yanvarın 24-də Ələt qəsəbəsinin sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş hesabat yığıncağı keçirildi...

Hesabat yığıncağında Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov, rayon İcra hakimiyyəti başçısının müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri iştirak etmişlər.

Qaradağ Rayon İcra Hakimiyyəti başçısının Ələt qəsəbəsi üzrə nümayəndəsi Eldar İbrahimov hesabat verərək qeyd etdi ki, 2019-cu il Ələt qəsəbəsi üçün olduqca uğurlu bir olmuşdur. Belə ki, Qaradağ rayonunda həyata keçirilən quruculuq və abadlıq işləri rayon əhalisi kimi sakinləri tərəfindən də böyük rəğbətlə qarşılanmışdır.

Ölkə başçısının rəhbərliyi ilə hazırlanmış müvafiq Dövlət Proqramlarının uğurlu icrası və rayon İcra hakimiyyətinin daxili imkanları hesabına da qəsəbədə xeyli işlər görülmüşdür. Təbii ki, görülmüş işlər göz qabağındadır və bütün bunlar qəsəbə sakinlərini ürəkdən sevindirir. Ötən il ərzində qəsəbə ərazisində əhalinin elektrik, su və qaz təchizatında heç bir problem olmamışdır. Qəsəbə sakinlərini narahat edən problemlər də Ələt qəsəbə nümayəndəliyində araşdırılmış, məsələnin həli üçün lazımi tədbirlər görülmüşdür.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov qəsəbə sakinlərindən 7 nəfəri fərdi qaydada dinləmişdir. Çıxış edən qəsəbə sakinləri ölkə başçısına öz dərin təşəkkürlərini bildirmişlər. Sakinləri narahat edən problemləri dinlənildikdən sonra onların həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.

Hesabat yığıncağında qəsəbə sakinləri nümayəndəliyin 2019-cu ildə gördüyü işlərə qənaətbəxş qiyməti verilmişdir.

pia.az

Fotolar



Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket:


loading...

Ən çox oxunanalar