Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elektron siqaretin zərərləri – Türk professor həyəcan təbili çalır

Acıbadem Adana Xəstəxanasının Kardiologiya sahəsi üzrə professoru Alpay Turan Sezgin "ziyansız" elektron siqaretlərin sağlamlığa vurduğu zərərləri izah edib

Son illər dəbə minən, zərərinin az olduğu iddia edilən elektron siqaret mütəxəssislərin araşdırma mövzusuna çevrilib.

Həqiqətənmi bu siqaretlər ziyansızdı? Acıbadem Adana Xəstəxanasının Kardiologiya sahəsi üzrə professoru Alpay Turan Sezgin "ziyansız" elektron siqaretlərin sağlamlığa vurduğu zərərləri izah edib.

Siqaret ürək-dama, xərçəng, damar tıxanması və sonsuzluqla bərabər 50-dən çox xəstəliyin yaranmasına səbəb olur. Buna görə siqaret çəkən insanlar bu vərdişdən ən qısa müddətdə imtina etməlidir. Ancaq son illərdə bir çox insan siqaret vərdişinin qarşısını almaq əvəzinə elektron siqaretə müraciət edir. Deyildiyi kimi heç də zərərsiz olmayan elektron siqaretləri ən çox siqareti tərgidə bilməyən insanlar istifadə edir. İstifadəçilərin 1/3 hissəsini isə əvvəllər siqaret çəkməyən və ya siqareti təgitmək istəyənlər təşkil edir.

Elektron siqaretdə nikotin

Elektron siqaret boru içərisində maye, əsas tərkib hissəsi gliserol və ya propilen qlikol, nikotin, bəzən də ətirli aromatlardan ibarət olan bir cihazdır. Həmin qarışığı qızdıraraq tüstü halında xaric edir. Elektron siqaretlərdə istifadə olunan hər bir qarışıqda nikotin ola bilməz və ya miqdarı tələbə görə dəyişə bilər. Ancaq, satışda olan elektron siqaret markalarının əksəriyyətində nikotin var. Nikotini ehtiva edən tüstünün qəbul edilməsi ilə bədəndəki nikotin səviyyəsi 5 dəqiqə ərzində ən yüksək həddə çatır. Bu isə həyəcan təbili, həyat üçün risk deməkdir.

Tərkibində qadağan olunmuş maddələr var

Qliserin, propilen glikol və ətir ifraz edən aromatlar gündəlik yediyimiz qidaların hazırlanmasında da əlavə maddələr kimi istifadə olunur. Bu maddələr ağız vasitəsilə qəbul edildiyi üçün sağlamlığa təhlükə yaratmır. Ancaq tənəffüs yollarına siqaret, qəlyan və ya elektron siqaretlər vasitəsilə qəbul edildikdən sonra yarada biləcəyi fəsadları saymaqla bitməz. Heyvanlar üzərində keçirilən sınaqlar vasitəsilə sübut edilmişdir ki, gliserol uzun müddətli qəbul edildikdə xərçəng qabağı simptomlarda pozulmalar başlayır. Satışda olan elektron siqaretlərin tərkibindəki aktiv maddələrdə qliserin və ya propilen glikol əvəzinə yüksək miqdarda, istehlakı qadağan edilmiş etilen glikol vardır.

Elektron siqaretin tüstüsü də zərərlidir


Elektron siqaretlərdə ətirli qoxu verən tütünün tərkibindəki aromatlar aldehid quruluşuna malikdir. Bunların bəzilərinə qarşı bədəndə xüsusi bir reaksiya var. Yenə bir laboratoriya tədqiqatında elektron siqaretin və normal siqaretin tüstüsünün tənəffüs yollarına həmçinin ağciyərlərə zərərinin bərabər nisbətdə olduğu aşkar edilmişdir.
Potensial kanserogen olduğu bilinən zəhərli maddələr elektron siqaretlərdə adi siqaretlərdən daha az olsa da, hər halda var.


Siqareti dayandırmağa kömək etmir


Elektron siqaretin adi siqaretin qarşısını almağa kömək edib-etməməsinə dair ən böyük araşdırma 700 nəfərdən ibarətdir. Tədqiqat nəticəsində qruplar arasında siqareti buraxmaq baxımından statistik fərq olmadığı qənaətinə gəlinib. Buna görə elektron siqaretin adi siqaretdən xilas olmaq üçün kömək etdiyinə dair kifayət qədər dəlil yoxdur. (medicina.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar