Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Elektron İttiham” proqramının təqdimatı keçirilib

Bu haqda Baş Prokurorluqdan məlumat verilib...

Sentyabrın 24-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda Mərkəzi aparatın, Respublika Hərbi və Bakı şəhər prokurorluqlarının əməkdaşlarının, eləcə də Ədliyyə Nazirliyi və Ali Məhkəmənin nümayəndələrinin iştirakı ilə “Elektron İttiham” proqramının təqdimatı keçirilib.

Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, tədbirdə Baş prokurorun müavini Namiq Əsgərov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli Fərmandan irəli gələn vəzifələrin icrası ilə bağlı məhkəmələrdə dövlət ittihamının müdafiəsinin səmərəliliyinin daha da artırılması məqsədilə cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının məhkəməyə daxil olması, onların hazırlıq iclasları, həmin işlərin məhkəmədə baxılmasının nəticələrinin elektronlaşdırılmasını əhatə edən “Elektron İttiham” proqramı barədə məlumat verib.

Bildirilib ki, proqram Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarənin təqdim etdiyi parametrlər əsasında Baş Prokurorluğun İnformasiya-kommunikasiya texnologiyaları idarəsi tərəfindən hazırlanıb. Proqram cinayət işlərinin birinci, apellyasiya və kassasiya instansiyası məhkəmələrinə daxil olduğu vaxtdan həmin işlər üzrə yekun qərarların qəbul olunmasınadək olan dövr ərzində bütün məlumatların, arayışların elektron qaydada sənədləşdirilməsini özündə ehtiva edir.

Təqdimat mərasimində “Elektron İttiham” proqramının funksionallığı nümayiş etdirilmiş, proqramın iş prosesi ilə əlaqədar suallar ətraflı cavablandırılmış, eyni zamanda proqramın iş rejimi ilə bağlı faydalı fikir mübadiləsi aparılıb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən çox oxunanalar