Bazar ertəsi, 09 Dekabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Elektron etibarnamə üçün tələb olunan şifrə məsələsinə aydınlıq gətirilib

Avtomobillər üçün elektron etibarnaməyə dair tələb olunan şifrə məsələsinə aydınlıq gətirilib...

PİA.az-ın xəbərinə görə, Ədliyyə Nazirliyinin İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə deyib ki, xidmət Ədliyyə Nazirliyinin istifadəyə verdiyi "Mobil notariat" tətbiqi vasitəsilə və "myGov" platforması üzərindən göstərilir.

O bildirib ki, istifadəçinin ASAN imzası və ya elektron imzası varsa, həmin xidmətdən heç bir şifrəsiz istifadə edə bilər:

"Əgər siz bu günə qədər elektron hökumət portalında qeydiyyatdan keçməmisinizsə, ilk dəfə identifikasiyaya ehtiyac var. Ona görə biz alternativ kimi bu imkanı da yaratmışıq, ASAN imzanız, elektron imzanız yoxdursa, belə halda bir dəfə ilkin şifrəni götürmək üçün notariat kontoruna gəlirsiniz.

Şifrə yalnız ilk dəfə qeydiyyatdan keçdikdə tələb edilir və sonra istənilən qədər əməliyyat həyata keçirmək mümkündür".

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.

loading...

Ən çox oxunanalar