Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Eldar Namazov: “Qarşıda bizi riskli dövr gözləyir”

“Qarşıda bizi riskli dövr gözləyir. Qarabağ məsələsini birmənalı olaraq həll etməyin vaxtı çatıb”...

PİA.az xəbər verir ki, bunu politoloq Eldar Namazov deyib.

E.Namazovun sözlərinə görə, Şuşada baş verənlər və digər hadisələr göstərir ki, artıq danışıqlar yolu ilə bu konflikti həll etmək mümkün deyil: “Bu, ümummilli məsələdir, problemin həllində iqtidarlı, müxalifətli - hamının imkanları səfərbər olunmalıdır. Qonşumuz da İrandır. Fikrimcə, orada da ciddi gərginliklər gözlənilir. Bu, daxili səbəblərdən, sosial duruma görə ola bilər. Pandemiyadan əvvəl İranda onsuz da sosial durum ağır idi, pandemiyadan sonra vəziyyət daha da gərginləşib. Digər tərəfdən, İrana ciddi xarici təzyiqlər var. İsrail və ABŞ elan edib ki, İranın nüvə proqramının qarşısını almaq üçün hər bir addımı atmağa hazırdırlar. O cümlədən də hərbi zərbələr endirməyə qədər gedə bilərlər. İranda belə hadisələrin yaşanması Azərbaycana ciddi təsirlər edə bilər. Bu səbbdən də deyirəm ki, qarşıda bizi riskli dövr gözləyir. Qənaətimcə, iqtidar, müxalifət və vətəndaş cəmiyyətini səfərbər etmək lazımdır ki, bu sınaqdan uğurla çıxaq, ölkəmizi qoruyaq və itirilən torpaqlarımızı geri ala bilək. Yəni hamının səylərini birləşdirmək lazımdır. Şəxsən mən bu prosesdə daha fəal olmağı düşünürəm”. (reyting.az)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar