Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Eldar Namazov: “Putin çətinliklərlə üz-üzə qala bilər”

“Türkiyənin Suriyada hərbi əməliyyatlar aparması beynəlxalq hüquq normalarına tamamilə uyğundur”...

Bu fikirləri Türkiyə ilə Suriya arasında gərginliyi Konkret.az-a şərh edərkən tanınmış politoloq Eldar Namazov səsləndirib. Politoloq bildirib ki, Türkiyə və Suriya arasında vaxtilə ikitərəfli saziş imzalanıb: ”Əgər Suriya rəhbərliyi öz ərazi bütövlüyünü təmin edə bilmirsə və sərhəd bölgələrindən Türkiyəyə qarşı təhlükə mövcuddursa, o zaman Ərdoğan hökumətinin hərbi əməliyyatlara başlamaq ixtiyarı var. Belə ki, Türkiyə öz qoşunlarını sərhəd bölgələrə yeridərək, təhlükəni aradan qaldıra bilər. Bu, dövlətlərarası müqavilə əsasında həyata keçirilir və saziş ratifikasiya olunub. Türkiyənin atdığı addımlar da məhz bu sazişdən irəli gəlir.

Bu gün Suriya rəhbərliyinin öz ərazisinin xeyli hissəsinə nəzarət edə bilməməsi heç kimdə şübhə doğurmur. Sərhəd ərazilərdə yerləşən kürd silahlı dəstələri Türkiyəyə təhlükə yaradır. Ona görə də Türkiyənin Suriyada hərbi əməliyyatlara başlaması tam qanunidir və bunu heç kim qınamamalıdır.

Suriya öz ərazisinə nəzarət edib, sərhəddə hərbi təhlükə yaratmasa idi, o zaman Türkiyə də əməliyyatlara start vermək məcburiyyətində qalmazdı. Amma indiki halda imzalanan müqaviləyə əsasən Suriya öz ixtiyarını Türkiyəyə verib. Ona görə də Türkiyə ölkəsinə qarşı yaranan təhlükəni aradan qaldırmağa çalışır”.

Eldar Namazovun sözlərinə görə, Rusiya bu məsələdə seçim qarşısında qalır: ”Rusiya anlamalıdır ki, bu, Türkiyənin sərhədində yerləşən bir ərazidir. Həmin ərazidən Türkiyəyə qarşı birbaşa təhdid və təhlükə mövcuddur. Ona görə də Rusiya bu məsələdə obyektiv mövqe nümayiş etdirməlidir. Rusiya ya Bəşər Əsədə reallıqları izah edib onu yerində oturtmalı, ya da bu məsələyə müdaxilə etməməlidir. Türkiyə ordusu da qarşısına qoyduğu bütün tapşırıqları yerinə yetirməlidir, çünki buna qadirdir”.

Politoloq əlavə edib ki, Rusiya məsələnin mahiyyətini anlamasa, o zaman münaqişə tərəflər arasında gərginliyi artıracaq: ”Münaqişənin müharibə həddinə çatacağını güman etmirəm. Ancaq Türkiyə və Rusiya arasında iqtisadi və enerji sahələrini əhatə edən çox böyük sazişlər mövcuddur. Əgər bu sazişləri Rusiya itirərsə, o zaman Putin hökuməti böyük çətinliklərlə üzləşəcək. Çünki Rusiya sanksiyalar və iqtisadi çətinliklər girdabında boğulur. Türkiyə kimi böyük dövlətlə əməkdaşlıqdan imtina Rusiyanın özünə çox böyük ziyan vuracaq. Hesab edirəm ki, Türkiyə öz haqlı mövqeyini müdafiə etməli və geri çəkilməməlidir. Çünki söhbət Türkiyənin dövlət təhlükəsizliyindən gedir”.

pia.az


Etiket: Eldar Namazov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar