Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Eldar Əzizov Hövsanda sakinlərlə görüşdü, sakinlər Mehriban xanımı təbrik etdilər

Ölkə başçısının tapşırığına uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun paytaxtın qəsəbələrində keçirdiyi əhali ilə görüşləri çərçivəsində Suraxanı rayonu Hovsan qəsəbəsində sakinlərinin problemlərinin öyrənilməsi və aradan qaldırılması məqsədilə novbəti görüş keçirilib

Qeyri-iş günü və havanın çox isti olmasına baxmayaraq yüzlərlə sakinin, həmçinin qonşu qəsəbələrin nümayəndələrinin iştirakı ilə təşkil olunan görüşdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı ilə yanaşı Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, paytaxtın və Suraxanı rayonunun müvafiq təsərrüfat və xidmət sahələrinin rəhbərləri də iştirak edərək sakinlərin müraciət və təkliflərini ayaq üstə dinləmişlər ki, bu da sakinlərin xüsusi rəğbəti ilə qarşılanıb.

Əvvəlcə Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Hövsan qəsəbəsi üzrə nümayəndəsi Ağasəlim Əliyev qəsəbədə görülmüş işlərlə bağlı hesabatı dinlənilib.

Sakinlərin böyük fəallığı, yaradılan səmimi abu-hava şəraitində və ənənəvi “Açıq mikrofon” formatında ilə keçən görüşdə çıxış edən Hövsan sakinləri Bakı şəhərində, eyni zamanda, Hövsan qəsəbəsində görülən işlərə, onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirib, onun həyata keçirdiyi siyasi kursa birmənalı dəstək ifadə ediblər.

Görüşdə söz alan qəsəbə sakini Kəmaləddin Qədimov qəsəbənin sosial-iqtisadi inkişafindakı xidmətlərinə, bürada təhsil, səhiyyə və mədəniyyət obyektlərinin tikintisi və təmirinə göstərdiyi diqqət və qayğıya görə ölkəmizin Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildirib və fürsətdən istifadə edərək Mehriban xanımı doğum günü münasibəti ilə təbrik edərək ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Görüş iştirakçıları yekdilliklə bu təbrikə qoşularaq onu ayaq üstə sürəkli alqışlarla dəstəkləyiblər.

Təbrikə qoşulan Eldar Əzizov qeyd etdi ki, “...Bizim tariximiz şox qədim və zəngindir, minillikkləri əhatə edir. Mehriban xanım Azərbaycanın çoxəsrlik tarixində yer tutan ən görkəmli xanımlardan biridir. O, özünün çoxşaxəlı fəaliyyəti ilə ölkəmizdə və Şərq aləmində yeni siyasi mədəniyyəti təsdiq edib”.
Sakinlər qarşısında çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirmişdir ki, bu gün paytaxtımız sürətlə inkişaf edir və müasir görkəm alır. O, vurğulamışdır ki, Prezident İlham Əliyevin siyasəti ümumxalq xarakterlidir və bu istiqamətdə atılan hər bir addımın təməlində vətəndaş amili dayanır. Cənab Prezidentin dövlət qurumları rəhbərləri qarşısında qoyduğu əsas tələb vətəndaşların problemlərinin həllinə öz problemləri kimi yanaşmaqdır. Paytaxtda aparılan genişmiqyaslı quruculuq və abadlıq işlərindən danışan Eldar Əzizov buna bariz nümunə olduğunu qeyd edərək bildirmişdir ki, “Dövlətimizin başçısı qarşıya paytaxtın qəsəbələrinin də daha da inkişaf etdirilməsi ilə bağlı tapşırıq qoyub”.

Maraqlı dialoq şəklində keçmiş görüşdə 31 nəfər sakin çıxış edib, onları narahat edən məsələlər dinlənilib və müvafiq tapşırıqlar verilib. Müraciətlər əsasən fərdi yaşayış evlərinin sənədləşdirilməsi, su və kanalizasiya xətlərinin yenilənməsi, məhəllədaxili yolların təmiri və işıqlandırılması, sahibsiz heyvanların yığışdirilması, qəsəbədə yeni uşaq bağçası və məktəb üçün əlavə tədris korpusunun tikintisi və s. olub.

Bütün müraciət və təkliflər nəzarətə götürülüb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Ən çox oxunanalar