Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Eldar Əzizov: “2500-ə qədər lift mərhələ-mərhələ dəyişdirilməlidir”

“Bu gün Bakı Şəhər İcra Hakimiyyətinin və rayon icra hakimiyyətlərinin balansında 11 min yaşayış binası var”...

Bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda deyib.

O bildirib ki, onları şərti olaraq həyətləri olan və olmayanlara bölmək olar: “Deməli, bu gün həyətləri olan binaların sayı 6331-dir. Sizin tapşırığınıza uyğun olaraq, 2018-2019-cu illərdə 273 nümunəvi məhəllə yaradılıbdır. Mən burada bir məsələyə də toxunmaq istərdim. İlk növbədə, Leyla xanım Əliyevanın və onun təsisçisi olduğu IDEA İctimai Birliyinin fəaliyyətini qeyd etməyə dəyər. Möhtərəm cənab Prezident, İctimai Birliyin səyləri nəticəsində bu gün Bakı şəhərində yeni bir format – məhəllələrarası parklar formatı tətbiq olunub və olunur. Bu ərazilərdəki onlarla binanın fasadları, dam örtükləri, blokları təmir olunub, su təchizatı sistemi yenilənib və bütün yaş kateqoriyaları üçün həm istirahət etmək, həm idmanla məşğul olmaq, həm də asudə vaxtı səmərəli keçirmək üçün şərait yaradılıbdır. Bu proses davam edir. İlin axırınadək daha 15 yeni nümunəvi məhəllə istifadəyə veriləcəkdir. Bizim hesablamalarımıza görə, yaxın illərdə hələ 743 bu cür layihə icra etmək mümkündür. Bu proses davam edir. Bu gün biz bir daha Heydər Əliyev Fondunun rəhbərliyinə və ilk növbədə, Leyla xanım Əliyevaya minnətdarlığımızı bildiririk”.

E. Əzizovun sözlərinə görə, ilin axırınadək 581 lift quraşdırılacaqdır: “Möhtərəm cənab Prezident, Sizin Sərəncamınızla Bakı şəhərinin lift təsərrüfatını inkişaf etdirmək üçün 32 milyon manat vəsait ayrılmışdır. Biz bu sahədə Almaniyanın tanınmış “Wittur” şirkəti ilə danışıqlar apardıq, müqavilə bağlandı və bu günədək 430 lift Bakıya gətirilib. Onlardan 130-u artıq istifadəyə verilib. Bu proses davam etdirilir. Həmin Sərəncamda 542 liftin alınması nəzərdə tutulmuşdu. Biz büdcə vəsaitindən səmərəli istifadə etmək barədə Sizin tövsiyələrinizə və tapşırıqlarınıza əsasən şirkətlə danışıqlar apardıq və beləliklə, burada vəsaitə qənaət yarandı. Biz bu qənaət hesabına ilin axırınadək əlavə 39 lift almaq niyyətindəyik, danışıqlar gedir. İlin axırınadək 581 lift quraşdırılacaqdır. Amma yaxın illər üçün proqnozlarımız belədir ki, 2500-ə qədər lift mərhələ-mərhələ dəyişdirilməlidir. İlkin olaraq quraşdırılacaq 581 liftə Almaniya şirkəti tərəfindən xidmət göstərilməsi üçün Vahid Elektron İdarəetmə Mərkəzi yaradılır. Lift təsərrüfatında yaranan bütün problemlər dərhal həmin mərkəzə daxil olacaqdır və tədbir görüləcəkdir”.

O qeyd edib ki, şəhərdə 380 binanın dam örtüyünü təmir etmək nəzərdə tutulub: “Biz inşaat materiallarını mərkəzləşdirilmiş qaydada alandan sonra danışıqlar apardıq və burada da qənaət yaranıbdır. Biz artıq 380 deyil, 420 binanın dam örtüyünü təmir edə biləcəyik. Şirkətlərlə danışıqlar aparılıb, Sizin tələbiniz çatdırılıb ki, ən keyfiyyətli materiallardan istifadə etmək vacibdir. Biz öz tərəfimizdən sakinlərin istək və arzularını nəzərə alaraq işin nəticələrini onların iştirakı ilə qəbul edəcəyik. Bu gün demək olar ki, artıq 150 damda işlər tamamlanıb və proses gedir. Noyabrın ortalarına qədər bütün bu işi qurtarmaq niyyətindəyik”.(APA)

pia.az


Etiket: Eldar Əzizov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ən çox oxunanalar