Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elçin Quliyev: "Şəbahəng”in heyətinin xilas edilməsi DSX-nın yeni gəmilərinin yüksək manevr imkanlarını nümayiş etdirdi"

2019-cu ildə Dövlət Sərhəd Xidməti (DSX) Xüsusi Məktəbinə qəbul olunmaq üçün müraciətlərin sayının 1200-dən artıq olması və 1 kursant yerinə 26 nəfərdən ibarət müsabiqənin yaranması DSX Xüsusi Məktəbinin qısa müddət ərzində orta təhsil müəssisələri arasında böyük nüfuz qazanmasının göstəricisi olub.

"Report"un məlumatına görə, bu fikirlər Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin "Azərbaycan" qəzetində dərc edilmiş məqaləsində yer alıb.

E.Quliyev bildirib ki, DSX-də peşəkar kadrların hazırlanması üçün hərbi qulluqçuların fiziki hazırlığına da xüsusi diqqət yetirilir: "Təsadüfi deyil ki, son illər ərzində sərhədçi idmançılar dünya və Avropa çempionatlarında, respublika birinciliklərində, müxtəlif beynəlxalq turnirlərdə 1248 qızıl, 831 gümüş, 971 bürünc medal qazanıblar".

Dövlət Sərhəd Xidmətinin rəisi qeyd edib ki, iyul ayının 31-dən avqust ayının 2-dək "Xəzər dənizinin Azərbaycan sektorunda dəniz təhlükəsizliyinin təmin olunması” mövzusunda keçirilmiş taktiki təlimlərdə qarşıya qoyulan bütün tapşırıqların ən yüksək səviyyədə icra olunması, çətin üzmə şəraitinə baxmayaraq DSX Sahil Mühafizəsinin və Çevik Hərəkət Qüvvələrinin şəxsi heyəti tərəfindən yüksək döyüş hazırlığının və peşəkarlığın nümayiş etdirilməsi dənizdə mükəmməl sərhəd mühafizə infrastrukturunun formalaşdırılmasının əyani ifadəsi olub: "İyul ayının 26-da İran İslam Respublikasının "Şəbahəng” quru yük gəmisinin qəzaya uğraması zamanı 9 nəfərdən ibarət olan gəmi heyətinin xilas edilməsi DSX Sahil Mühafizəsinin yeni gəmilərinin yüksək manevr və sürət imkanlarını bir daha nümayiş etdirdi".

2001-ci ildən etibarən Dövlət Sərhəd Xidmətinin büdcə ayırmalarının 146 dəfə artdığını, 17 hərbi hissə və struktur qurumun, o cümlədən Horadiz, Göytəpə, Lənkəran, Xudat, Şəki, Zaqatala, Şəmkir sərhəd dəstələrinin qarnizonlarının, "Sərhədçi” İdman Olimpiya Kompleksinin, "Sərhədçi” istirahət mərkəzlərinin, DSX Sahil Mühafizəsinin yeni bazasının və yaşayış binaları kompleksinin, DSX Akademiyasının, DSX Xüsusi Məktəbinin yeni korpusunun, xüsusi təyinatlı hərbi hissələrin inşa olunduğunu diqqətə çatdıran E.Quliyev bildirib ki, Dövlət Sərhəd Xidmətinin aparatının binası əsaslı təmir edilib. 2002-ci ildən etibarən Dövlət Sərhəd Xidmətinin fəaliyyəti müddətində 740 xidməti bina istifadəyə verilib: "Qazax-Ağstafa rayonları ərazisində Azərbaycan - Ermənistan dövlət sərhədi Dövlət Sərhəd Xidməti tərəfindən mühafizəyə götürüldükdən sonra 9 aylıq qısa bir müddətdə bilavasitə düşmənlə təmas xəttində ilk vaxtlar uyğunlaşdırılmış tikililərdə xidmətə başlayan sərhədçilərimiz üçün 75 ədəd ən müasir tələblərə cavab verən sərhəd məntəqəsi, iki hərbi hissə kompleksi tikilərək istifadəyə verilib".

Pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar