Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elçin Quliyev Pakistan Quru Qoşunlarının komandanı ilə görüşüb - Foto

İyun ayının 22-də ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Silahlı Qüvvələri Quru Qoşunlarının komandanı ordu generalı Qamar Caved Bacvanın rəhbərlik etdiyi nümayəndə heyəti Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev tərəfindən qəbul edilib.

Xidmətin Mətbuat Mərkəzindən bildirilib ki, DSX-nin aparatında keçirilən rəsmi qarşılanma mərasimindən sonra ordu generalı Qamar Caved Bacva “Fəxri qonaqlar kitabı”na ürək sözlərini yazıb.

Geniş tərkibdə keçirilən görüşdə DSX-nin rəisi general-polkovnik Elçin Quliyev qonaq­ları salamlayaraq Azərbaycan və Pakistan İslam Respublikası arasında ortaq tarixi irsə, ənənələrə və maraqlara söykənən münasibətlərin bütün istiqamətlərdə, o cümlədən sərhəd təhlükəsizliyi sahəsində uğurla inkişaf etdiyini vurğu­layıb, 2018-ci ildə Pakistana səfəri zamanı DSX-nin nümayəndə heyətinə Pakistanın ordu rəhbərliyinin nümayiş etdirdiyi diqqət və yüksək qonaq­pər­vərliklə bağlı xoş xatirələrini bölüş­üb.

Azərbaycan Prezidenti İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında Vətən mühari­bəsində qaza­nılmış parlaq qələbə sayəsində 30 ilə yaxın müddətdə milli və sərhəd təhlükə­sizliyinə əsas təhdid olmuş ölkə ərazisinin 20 faizinin və dövlət sərhəd­lərinin bir hissəsinin Ermənistan tərəfindən işğalına son qoyulduğu, hazırda azad edilmiş ərazilərimizdə dövlət sərhədinin mühafizəsi üzrə fəaliyyətlərin təşkili, zəruri infrastrukturun yaradılması istiqamətində görülən işlər barədə məlumat verilib, ərazi bütövlüyünün bərpası uğ­runda Azərbaycanın ədalətli mübarizəsində Pakistan İslam Respublikasının hər zaman göstərdiyi dəstək və həmrəylik xüsusi qeyd edilib.

Ordu generalı Qamar Caved Bacva Vətən müharibəsində qazanılmış qələbə münasibətilə təbriklərini ifadə edib, işğaldan azad olunmuş dövlət sərhədlərinin mühafizəsi üzrə zəruri infrastrukturun yaradılması, ərazilərin minalardan təmizlənməsi sahəsində Pakistan tərəfinin öz təcrübəsi ilə bölüşməyə hazırlığını bildirib.

Görüşdə tərəflər sərhəd mühafizəsi sahəsində birgə əməkdaşlıq fəaliyyətlərinin davam etdirilməsi, qarşılıqlı səfərlərin təşkili, maraq kəsb edən istiqamətlər üzrə müsbət təcrübə mübadiləsinin həyata keçirilməsinə dair fikir mübadiləsi aparıblar.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar