Çərşənbə, 02 Dekabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Elçin Əmirbəyov: “Azərbaycan öz gücü ilə tarixi ədaləti bərpa edir”

Azərbaycan bu gün öz gücü hesabına tarixi ədaləti bərpa edir”.

Bunu Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov “Əl-Cəzirə” telekanalının xəbərlər buraxılışının canlı yayımında deyib.

Ermənistanın növbəti, üçüncü dəfə Vaşinqtondakı görüşlər nəticəsində elan edilmiş humanitar atəşkəsi kobud şəkildə pozduğunu bildirən E.Əmirbəyov Azərbaycan tərəfinin rəsmi İrəvanın bu dəfə öhdəliklərini yerinə yetirəcəyinə dair xüsusi illüziyalarının olmadığını vurğulayıb.

“Paşinyan döyüş əməliyyatlarının həqiqətən dayandırılmasına razı ola bilməz. Çünki müharibədən sonra döyüş meydanında alçaldıcı məğlubiyyətə uğrayan Ermənistan ondan sentyabrın 27-də başladığı avantüranın hesabatını tələb edəcək. O həmçinin başqasının torpağı uğrunda döyüşmək üçün ölümə göndərdiyi erməni hərbçilərin ata-anaları qarşısında cavab verməli olacaq”, - E.Əmirbəyov söyləyib.

Onun sözlərinə görə, Paşinyan məhz bu səbəbdən hər dəfə vasitəçilərə yeni atəşkəs elan olunması barədə yalvarır, amma fasilədən sülhə nail olmaq üçün yox, şanlı Azərbaycan ordusu tərəfindən işğaldan azad edilmiş ərazilərə nəzarəti yenidən bərpa etmək xəyali ilə yeni silah və texnika partiyalarını gətizdirmək üçün istifadə etmək istəyir. “Eyni zamanda, Ermənistan hərbçiləri əsasən dinc azərbaycanlı mülki əhalini raket və top atəşinə tuturlar ki, bu da artıq 65 nəfərin ölümünə və 300-dən çox insanın yaralanmasına səbəb olub”, - Birinci vitse-prezidentin köməkçisi bildirib.

Bakının mövcud şəraitdə münaqişənin həllini necə gördüyü barədə suala E.Əmirbəyov Azərbaycanın münaqişənin sülh yolu ilə həllinə sadiq qaldığını, lakin əsas məqsədinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Azərbaycan Respublikasının ərazi bütövlüyünün ən qısa zamanda bərpası olduğunu vurğulayıb. “Bunu etmək üçün yalnız iki yol var.

Birincisi, Ermənistan atəşi dərhal dayandırmalı, onun rəhbərliyi isə bütün silahlı qüvvələrini Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarması barədə ictimai öhdəlik götürməli, bu baxımdan ən qısa müddətdə belə geriçəkilmə cədvəlini bizimlə razılaşdırmalı və bundan sonra tərəflər siyasi tənzimlənmənin mahiyyət etibarilə bütün digər aspektlərinə dair danışıqlara başlamalıdır.

İkincisi, Ermənistan döyüş meydanında mənasız müqavimət göstərməyə davam edir, vasitəçilərin tərəfləri sülh prosesi yoluna qaytarmaq cəhdlərini rədd etməyə davam edir və bununla da Azərbaycanı legitim qeyri-diplomatik vasitələrlə son məqsədə çatmağa məcbur edir. Seçim Paşinyanındır, amma onun çox da vaxtı yoxdur”, - E.Əmirbəyov söyləyib.

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“Qarabağ ermənilərinin kütləvi dönüşü olmazsa...“ - Jirayr Liparityan

Liparityan: “İlham Əliyevlə 3 saat söhbət etdik, ən xırda detalları bilirdi”

Qazaxın işğal olunmuş 7 kəndi ilə bağlı açıqlama

Azərbaycanda Qələbə paradı keçiriləcək - Vaxtı açıqlandı

Türkiyə və Rusiya Qarabağla bağlı anlaşdı - Türklər gəlir...

Bir qrup hərbi qulluqçu səfərbərlik üzrə hərbi xidmətdən tərxis ediləcək - Sərəncam

Pentaqondan Azərbaycan ordusunun Qarabağ döyüşü təcrübəsini öyrənmək üçün daha bir qərar

Ermənistan Tehranın təklif etdiyi planı qəbul etmədi, Azərbaycan isə... – İran səfiri

Şəhid ailələri və qazilərə veriləcək təqaüdlərin məbləği bilindi - Rəsmi

Ofşor şirkətindən ödəmə və Əhməd Əhmədzadənin oğluna məxsus milyonluq mülk

İtkin düşmüş hesab olunan hərbi qulluqçularımızın taleyi ilə bağlı rəsmi açıqlama

loading...

Ən çox oxunanalar