Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elçin Babayevin rektor fiaskosu: Bakı Dövlət Universitetində nə baş verir?

Millətin tarixində xüsusi yeri olan, xalqın maariflənməsində, ziyalı təbəqəsinin formalaşmasında, siyasi hadisələrin məcrasının məyyənləşməsində rolu olan bir universitetə rəhbərlik etmək çox mürəkkəb məsələdir. 2019-cu ilin martında nisbətən gənc, müasir düşüncəli və xarizmatik təəssürat yaradan Elçin Babayevin rektor təyin edilməsi çoxlarını sevindirdi və böyük ümidlər yaratdı.

İndi üç ilin tamamında cumhuriyyet.az araşdırdıb ki, görəsən bu bir ildə nələr baş verib?

“Gate 25” restoranınından Universitetə gedən yol…

Elçin Babayev bu üç il ərzində Universitetin yeməkxanasını Bakının ən bahalı məkanlarından biri olan Demirchi Towerdəki “Gate 25” restoranının sahibi Eldar Daşdıyevə icarəyə verib. BDU-dan cumhuriyyet.az-a daxil olan məlumata görə “yaxını”, indi ümumi şöbənin müdiri olan Ləman Hüseynbəyli ilə tez-tez getdiyi həmin restoranın sahibi də universitetdə şəxsi hesabından etdiyi təmir işlərinin pulunu tələbələrdən yavaş-yavaş (çox da yavaş demək olmaz, hər şeyin qiyməti 2 dəfə qalxıb) almaqdadır və yığılan pulların bir qismi də təyinatı üzrə filankəsə verilir.

Rektor səviyyəsi…

100 il bundan əvvəl Universitet yarananda ona rektorluq etməyə Rusiyadan professor Razumovskini gətirmişdilər ki, belə müəssisənin rəhbəri sanballı adam olmalıdır. Tariximizin ən çətin məqamlarında, alimlərin barmaqla sayıldığı illərdə Yusif Məmmədəliyev, Abdulla Qarayev, Şəfayət Mehdiyev, Cəfər Xəndan kimi akademiklərin, professorların rektorluq etdiyi bir məbədgaha XXI əsrdə elmlər namizədi rəhbərlik etməlidir? Elmlər namizədi akademikləri, professorları qabağına yığıb onlara elmdən, təhsildən dərs deməlidir, onları öyrətməlidir? Səviyyənin fərqli olması özünü hər yerdə göstərir.

Polis serjantı olan yeznə Universitetdə necə at oynayır?

Unuversitetdə naş verənlərlə bağlı cumhuriyyet.az-ı məlumatlandıran mənbənin sözlərinə görə, rektor bacısının həyat yoldaşı, indiyədək Naxçıvan aeroportunda polis nəfəri kimi çalışan, davranışları heç bir əxlaq normasına sığmayan Fikrət Heydərov kimi adamı özünə müşavir gətirib. Ömründə təhsil müəssisində heç tələbə kimi də olmayan bu adam elə bilir ki, tələbə qızlar buna görə belə səliqəli geyinirlər, qəşəng görsənirlər, onlara müxtəlif təkliflər edir, atmacalar atır, otağında çirkin məqsədlə divan yerləşdirib (ondan başqa heç bir rəhbər işçinin kabinetində divan yoxdur). Daha neyləsin, qaynı iki dəfə həyat yoldaşını boşayıb, indi də cavan qızla oturub-durur, bu da rektordan nümunə götürməlidir də…

BDU kimlərə tapşırılıb?

Adamın allahı var, Fikrət Heydərov tək deyil ki, adam “lənət şeytana” deyib sakitcə gözləsin. Bu bir il ərzində Elçin Babayevin BDU rəhbərliyinə gətirdiyi kadrların heç birinin elmi dərəcəsi, elmi adı, təhsillə əlaqəsi yoxdur. Bu akademiklərin, professorların “can qoyduğu” elm-təhsil məbədgahının günahı nədir ki, ona “alayarımçıq” ali təhsil diplomu olan, ya olmayan Fikrət Heydərov(polis işçisi), Əliş Ağamirzəyev (özəl nəşriyyat əməkdaşı), Mirzə Mirzəyev(Qaradağ rayon Maliyyə İdarəsinin rəisi) , Elçin Məmmədov (Metropoliten əməkdaşı), Rəşad Cabbarov(Azərseldə telefon meneceri), Ləman Hüseynbəyli (Elm fondunda mütəxəssis) kimi adamlar rəhbərlik etsinlər? Demə, günah Universitet ziyalılarında deyilmiş, hörmətli rekrtorun özü “kandidat nauk” olduğu üçün ətrafına özündən əskikləri toplayır ki, “hündür” görsənsin…

BDU-ya rektorluq konfetlə baş aldatmaq deyil…

30 il Akademiya sistemində işləyən və hələ də doktorluq dissertasiyası müdafiə edə bilməyən, cəmi 7 nəfərlə fəaliyyət göstərən (onlardan da biri məşuqəsi olmuşdur) Elm fondunu (o Elm fondunu ki, özünə lazım olan və işi keçdiyi adamları “stimullaşdırmaqdan” başqa bir vəzifəsi olmayıb, mövcud olduğu 10 il ərzində Dövlət büdcəsinin 70 milyon manat pulunu “xərcləyib”, ancaq nə həyata keçirilən bir elmi layihə var, nə istehsalatda tətbiq edilən bir təklif var, nə də qeyri bir “gözəgəlimli” hadisə) nəzərə almasaq indiyədək heç bir quruma rəhbərlik etməyən bir adamın 100 yaşlı, 25 minlik bir kollektivə rəhbərliyi elə belə də olmalıydı. Bir il olmur, 5 il olsun…

Ənənələri ilə xalqın tarixinə yazılan Bakı Dövlət Universitetinə rəhbərlik etmək isə yalnız şöhrət, şərəf və bahalı konfet verib tələbə qızları “maç” etmək deyil, lovğalıq vasitəsi də deyil…

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar