Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Elçibəyə “KQB agenti” demək sadəcə Allahsızlıqdır” – Aslan İsmayılov

“Hələ 1990-cı illərin sonunda Leyla Yunusun Azərbaycan adlı Dövlətə və Xalqa qrant mənbəyi kimi baxdığını anlamışdım”

Bunu hüquqşünas Aslan İsmayılov deyib. O, bildirib ki, həmin vaxt bu barədə fikrini bölüşdüyü müxalifət nümayəndələri hər dəfə onu çox vətənpərvər bir insan kimi təsvir edib onu çaşbaş salırmışlar:

“Artıq 2000-ci illər onun kimliyi mənə dəqiq bəlli olduqdan sonra bu barədə konkret faktları göstərməklə müxalifət lidelərinə və fəallarına bu barədə açıq bildirməyə başladım. Onlar mənimlə söhbətdə sussalar da Leyla ilə dost münasibətlərini davam etdirib dediklərimi də bəzəkli şəkildə ona çatdırırdılar.

Ona görə də Leyla Yunus həmişə mənə nifrət edib. Onun haqqında cinayət işi qaldırılanda onu müdafiə etməklə bərabər işlətdiyi ifadələrə, gənc polis zabitinin papağını götürüb yerə atmasına çox yüngül formada irad bildirdim”.

A. İsmayılov qeyd edib ki, bu iradından sonra Ənnağı Hacıbəyli, İntiqam Əliyev və Xədicə İsmayılın başçılığı ilə haqqında qarayaxma kampaniyasına başlanıb: “Palaz- palaz yazdılar, təhqir etdilər. Motivlərini özləri deməsələr də, mənə aydın idi. O vaxtlar qrant paylayan Leyla Yunus idi.

Onlarla dostluq edən birisi bu barədə mənə belə demişdi: “Mən onlara Leyla Yunusun kimliyi ilə bağlı deyəndə cavab verdilər ki, sus, Leyla bizim bütün qrantlarımızı kəsər”.

İndi yenidən həmin şəxslərə müraciət edirəm, Leyla Yunusun rəhmətlik Əbülfəz Elçibəyə “KQB agenti” deməsinə niyə susursunuz? Axı siz hamınız “bizim yol M.Ə.Rəsulzadə və Ə.Elçibəy yoludur” şüarını 20 ildir səsləndirirsiniz, onun məzarını ziyarət etməyə növbəlik düzəldirsiniz. İndi axı qrant yoxdur, niyə səsinizi çıxartmırsınız?

Bu gün Leyla Yunusun bu böhtanına susmağın bircə səbəbi var - gözükölgəlilik. Qorxursunuz ki, Leyla sizin paxırınızı açar. Bütün səhvləri ilə bir yerdə rəhmətlik Ə.Elçibəy bütün ömrünü bu xalqa sərf etdi, hamı üçün Vətəninə, xalqına sevginin, gözütoxluğun nümunəsini göstərdi. Bu gün ona “KQB agenti” demək sadəcə Allahsızlıqdır”.(yeni sabah)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Prezident İlham Əliyev Putinlə təkbətək görüşüb - Yenilənib

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Ən çox oxunanalar