Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Elçibəy baş nazirliyi təklif etdi, razılaşdım…”

1993-cü ilin bugünlərində Azərbaycanda baş verən ziddiyyətli olaylarda üzdə olan fiqurlardan biri də AMİP lideri Etibar Məmmədov olub

O dövrdə Etibar Məmmədova müxtəlif vəzifələr təklif olunması, lakin onun razılaşmaması haqda söz-söhbətlər dolaşırdı. Bəs o günlərdə Azərbaycanın aparıcı müxalif siyasi liderlərindən olan bu şəxs nədən vəzifəsiz qalıb?

PİA.AZ bildirir ki, Etibar Məmmədov Moderator.az-ın əməkdaşının bu mövzudakı suallarını cavablandırıb:

– Etibar bəy, 1993-cü ilin iyununda AXC iqtidarı və Heydər Əliyevlə hakimiyyət bölgüsü müzakirələrində sizin iştirakınız necə olub?

– O dövrdə mənə müxtəlif təkliflər edilib. Elçibəy Kələkiyə getməmişdən öncə Baş nazir vəzifəsi təklif etmişdi. Hətta axırıncı gün, yəni, iyunun 17-də gündüz mən müəyyən şərtlər irəli sürmüşdüm, onlar da razılaşdırılmışdı və mən hökumət başında durmağa razılıq vermişdim. Lakin həmin gecə Elçibəy çıxıb getdi və bununla da məsələlər dəyişdi.

Heydər Əliyev də vəzifələr təklif edib mənə. Sadəcə, ona da bildirmişəm ki, mənim məqsədim vəzifə xətrinə post tutmaq deyil. Mən sizinlə ölkənin inkişafı haqda müəyyən razılaşmaya gəlməliyəm, bilməliyəm ki, siz ölkəni hansı istiqamətə aparacaqsınız. Əsas tələbim də ondan ibarət olub ki, Konstitusiyada dəyişiklik edilməli, yenidən parlament seçkiləri keçirilməli, yalnız bundan sonra prezident seçkiləri keçirilməlidir. Lakin Heydər Əliyev həmin şərtlərlə razılaşmadı və ona görə də mən heç bir vəzifəni qəbul etmədim. Burada gizlin bir şey yoxdur…

– Baş nazir vəzifəsini Elçibəy özü şəxsən təklif etdi sizə?

– Bəli. Heydər Əliyevlə birlikdə söhbət zamanı. Əvvəlcə iyunun 15-də, sonra 16-da təklif edilib. İyunun 17-də günorta saatlarında isə, dediyim kimi, Elçibəylə təkbətək görüşəndə, o, baş nazir olmağım barədə təklifi verib və hətta deyib ki, bu haqda fərman da hazırdır. Axşam da yenidən görüşüb razılığa gəlmişik…

– Bəs Əbülfəz bəy Kələkiyə getdikdən sonra Heydər Əliyev özü ayrılıqda hansı vəzifəni təklif etdi?

Heydər Əliyev Ali Sovetin sədri olanda mənə 1-ci müavin vəzifəsini təklif edib. Daha sonra isə baş nazirin 1-ci müavini və xarici işlər naziri vəzifələrini… Lakin dediyim kimi, mənim şərtlərim qəbul edilmədiyindən, bunların heç biri ilə razılaşmamışam.

– Belə çıxır ki, siz o dövrdə Azərbaycanda yaranmış xaotik situasiyada Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə razılaşmısınız?

– Bilirsiz, Heydər Əliyev o dövrdə həlledici fiqurlardan biri idi. Lakin yenə deyirəm: Heydər Əliyevi Bakıya mən dəvət etməmişəm. Bu, AXC liderlərinin özlərinin təşəbbüsü ilə olub. Onlar yığışıb belə qərara gəliblər ki, Heydər Əliyevi Bakıya dəvət etsinlər və ona hakimiyyət bölgüsünü də təklif etsinlər. İndiyədək bunu dəfələrlə İsa Qəmbər, Pənah Hüseyn və digərləri də etiraf edib ki, biz o vaxt toplandıq və belə qərara gəldik. Hakimiyyətdəkilər belə bir qərara gəldikdən sonra mən niyə etiraz etməli idim?!

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar