Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əlcəzairdə müvəqqəti prezident seçildi

Əlcəzairdə boş qalmış prezident postunu qarşıdakı 90 gün ərzində parlamentin yuxarı palatasının spikeri Əbdülqadir Bensalah tutacaq

Prezident vəzifələrinin müvəqqəti icraçısı üç ay ərzində ölkədə prezident seçkiləri təşkil etməli və keçirməlidir.

RİA Novosti-nin məlumatına görə, bu barədə aprelin 9-da ölkə parlamentinin aşağı palatası və Millətlər Şurası (yuxarı palata) nümayənədlərinin iştirakı ilə keçirilən geniş tərkibli xüsusi iclasda bəyanat verilib.

Daha əvvəl isə iclasda Əlcəzair parlamenti konstitusiyanın 102-ci maddəsinə əsasən prezident postunun boş qaldığını elan edib.

Qeyd edək ki, Əbdüləziz Buteflika konstitusiyanın 102-ci maddəsindən istifadə edərək, prezident postundan getmək istəməsi ilə bağlı Konstitusiya şurasınının sədrini məlumatlandırmışdı.

Həmin maddə prezident səhhəti ilə əlaqədar öz vəzifələrini yerinə yetirə bilmədiyi hallarda tətbiq olunur.

Virtualaz.org xatırladır ki, Əlcəzair prezidenti Əbdüləziz Buteflika aprelin 2-də istefa verib. 82 yaşlı Ə.Buteflika 1999-cu il aprelin 28-dən 2019-cu il aprelin 2-dək ölkəyə rəhbərlik edib. Bir neçə ildir xəstəlikdən əziyyət çəkən Ə.Buteflika yenidən prezidentliyə namizədliyini irəli sürmək istəyirdi. Onun bu qərarı ölkədə böyük narazılığa və etiraz aksiyalarına səbəb olmuşdu. Nəticədə Ə.Buteflika istefa verdi.

Əbdülqadir bin Salehi 1941-ci il noyabrın 24-də Əlcəzairin Fellausen şəhərində doğulub. 1997-2002-ci illərdə Milli Assambleyanın sədri olub. 2002-ci ildən Millət Şurasının sədridir.(virtualaz.org)

pia.az


Etiket: Əlcəzair

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar