Bazar ertəsi, 19 Aprel 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

“Əlbəttə ki, Koçaryan Rusiyanın böyük dostudur, amma...” - Peskov

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan Rusiyanın dostudur, onun siyasətə qayıdışı və hədəfləri ilə bağlı istəklərini Prezident Vladimir Putinlə əlaqələndirmək absurddur”.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Ermənistandakı siyasi proses iştirakçılarının qərarlarını Rusiya prezidenti ilə əlaqələndirməyə ehtiyacları yoxdur. Bu, məsələnin tamamilə absurd ifadəsidir. Robert Sedrakoviçin özü, əlbəttə ki, Rusiyanın böyük dostudur. Rusiya Federasiyası ilə əməkdaşlığın daha da inkişaf etdirilməsinin və möhkəmləndirilməsinin tərəfdarıdır. O, ölkəsinin inkişafı üçün çox səy göstərən bir insandır və ümumilikdə qeyd etməkdən məmnunuq ki, erməni siyasətçilərinin böyük əksəriyyəti ölkəmizlə, Rusiya ilə əlaqələrin daha da gücləndirilməsinin tərəfdarıdır. Bu, bizim üçün əsas amildir”, - Peskov qeyd edib.

O, Baş nazir Nikol Paşinyanın da bu siyasətçilərə aid olduğunu bildirib:

“Biz onun müvafiq açıqlamalarını rəhbər tuturuq. Bilirsiniz ki, onunla Rusiya prezidenti arasında çox fəal bir dialoq gedir. Bilirsiniz ki, Qarabağda müharibəyə son qoyan üçtərəfli sənədin imzalanmasından əvvəl nə qədər zəhmət çəkdi. Buna görə bu münasibətlər, həqiqətən də çox dəyərlidir”.

Bundan əvvəl, Ermənistanın keçmiş prezidenti Robert Köçəryan yenidən ölkədəki ən yüksək vəzifəni tutmağa hazır olduğunu bildirmişdi. (Teleqraf)

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Ermənilərin ümidi qalmayıb, Xankəndini tərk edirlər

Flora Kərimova: "Məni savadsız kütlənin qarğışına, söyüşünə tuş etdiniz!"

Azərbaycana 100 milyon dollar, Ermənistana isə heç nə - Pentaqona etiraz

Təklənən Rusiya: Putinin yeni planında kimlər olacaq?

Prezidentin vəzifədən azad etdiyi məmur haqda maraqlı faktlar

Silah anbarlarını Rusiya kəşfiyyatının partlatdığı üzə çıxdı, 18 diplomat ölkədən çıxarıldı

Türkiyə səfiri Ermənistan prezidentinin Gürcüstandakı təxribatına cavab verdi

İlham Əliyev Ramiz Həsənovu vəzifəsindən azad etdi 

Yırtıcını vuran şəxs dərhal cəzalandırılacaq, bəs vətəndaşın ziyanı – Kimə nə...

“Bu çox gülünc bəyanat idi” - Ərəstun Orucludan Xanlar Vəliyevin “Tərtər İşi” ilə bağlı açıqlamasına şərh

Kəmaləddin Heydərov Britaniyada daha bir şirkətini ləğv edib - Sənəd

Ən çox oxunanalar